Modern.az

“AzerRos” sədrliyinə iki namizəd var

“AzerRos” sədrliyinə iki namizəd var

Diaspor

3 Mart 2020, 12:05

Bir müddət öncə Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) sədri Mehriban Sadıqovanın istefası barədə məlumat  vermişdik.

 

Yeni sədrin seçilməsi üçün qurumun növbədənkənar qurultayının vaxtı isə aprelin 24-ə təyin olunmuşdu.

Rusiya jurnalistlər ittifaqının üzvü  Vidadi Abbasov Modern.az-a bildirib ki, sədrliyə namizədlər bəllidir:

“Hələlik qurultayda sədrliyə namizəd kimi iştirak etmək üçün 2 namizəd var. Biri mənəm, biri də jurnalist Raman Ağayev. Güman ki, digər namizədlərin  də adları yaxın günlərdə bəlli olacaq”.

 

Qeyd edək ki, Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti 1999-cu ildə təsis olunub.

2013-cü ildə təşkilatın Azərbaycanın Baş Nazirinin keçmiş birinci müavini Abbas Abasova həvalə olunması gərginliyə səbəb olub.

 

Təşkilat bir neçə dəfə qurultay keçirməsinə baxmayaraq, seçilən rəhbərlər etimadı tam olaraq doğrulda bilməyib.

Son illərdə isə “AzərRos”  daxilində baş verən  qalmaqalları ilə gündəmə gəlirdi.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir