Modern.az

Jurnalist təşkilatı gəncləri maarifləndirəcək

Jurnalist təşkilatı gəncləri maarifləndirəcək

13 Aprel 2012, 17:05

Jurnalist Araşdırmaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sosial problemlərin həllində region gənclərinin iştirakının dəstəklənməsi” adlı layihənin icrasına başlayıb. Bu barədə mətbuata layihənin koordinatoru Seymur Verdizadə məlumat verib.

S.Verdizadə deyib ki, layihənin həyata keçirilməsində əsas məqsəd region gənclərini yerli sosial problemlərin həllinə cəlb etmək, onların QHT və KİV-lərlə əlaqələrini inkişaf etdirmək, gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirakına nail olmaqdır. Koordinator bildirib ki, layihə çərçivəsində Cəlilabad, Biləsuvar və Tovuz rayonlarında gənclərin iştirakı ilə təlimlərin keçirilməsi nəzərdə tutulub: “Gənclər arasında maarifləndirmə prosesini sürətləndirmək üçün xüsusi broşuraların çapı da planlaşdırılır, Yüksək tirajla nəşr olunacaq bu broşuralar regionlarda pulsuz paylanılacaq”.
Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir