Modern.az

Xəzər TV SOCAR-a verildi - RƏSMİ

Xəzər TV SOCAR-a verildi - RƏSMİ

5 Mart 2020, 18:34

Bu gün Xəzər TV MMC-nin təsis paylarının “SOCAR Media” İctimai Birliyi tərəfindən alınması barədə sənəd imzalanıb. 

 

Bu barədə Modern.az-a  SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. 

 

Bildirib ki, kanalın yeni rəhbəri, Xalq artisti Murad Dadaşov “SOCAR Media”nın sədri Xalik Məmmədov tərəfindən kollektivə təqdim edilib. 

 

Qeyd edək ki, “SOCAR Media” İB SOCAR-ın təsisçiliyi ilə yaradılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü