Modern.az

İctimai Palata Leninin ad günündə mitinq edəcək

İctimai Palata Leninin ad günündə mitinq edəcək

Aktual

14 Aprel 2012, 11:34

İctimai Palata növbəti mitinqi aprelin 22-də keçirməklə bağlı qərar qəbul edib. Müxalifətin aksiyanı aprelin 22-də - sovet inqilabının banisi, Vladimir İliç Leninin doğum günündə keçirmək istəyi iqtidarın bəzi funksionerləri tərəfindən ironiya ilə qarşılanıb.
Mitinqin Leninin ad günündə keçirilməsi bir təsadüfdir, yoxsa...?

Məsələ ilə bağlı İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı Modern.az-a açıqlama verib. G.Aslanlı bildirib ki, müxalifətin aprelin 22-də yürüş-mitinq keçirmək istəyi heç də Leninin doğum günü ilə əlaqədar məsələ deyil.

“Xeyr, bununla heç bir əlaqəsi yoxdur. Sadəcə, təsadüfən həmin günə düşüb. Ayın 22-si bazar gününə düşdüyü üçün biz mitinqi bazar günü keçirməyə qərar verdik. Yəni mitinqin ayın 22-nə təyin olunmasının Leninin anadan olması ilə heç bir əlaqəsi yoxdur”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır