Modern.az

Nəqliyyat Nazirliyi sistemində işçilərin ixtisarı gözlənilir

Nəqliyyat Nazirliyi sistemində işçilərin ixtisarı gözlənilir

6 Yanvar 2010, 12:54

Ötən ilin əvvəlindən sürətlənən dünya iqtisadi böhranı Azərbaycanın əmək bazarına təsirsiz ötüşməyib. Nəticədə ölkəmizdəki bəzi dövlət və özəl müəssisələrdə ixtisarlar aparılıb. Bu sıraya yeyinti, tikinti, metallurgiya, digər istehsal sektorları, neft-qaz sahəsi aid edilir.

Ekspertlər deyirlər ki, Azərbaycandakı bəzi dövlət müəssisələrində işçilərin öz hesablarına uzunmüddətli məzuniyyətə göndərilməsi elə işdən azadolunma kimi bir şeydir. Modern.az-a daxil olan məlumata görə, 2010-cu ildə Nəqliyyat Nazirliyi sistemi işçilərinin ixtisarı gözlənilir. Nazirlikdəki adının çəkilməsini istəməyən mənbə saytımıza bildirib ki, bu nazirlik sistemində işçilərin 40 faizinin ixtisarı planlaşdırılır: “Bildiyimə görə, gözlənilən ixtisarlar maliyyə böhranının davam etməsi, bəzi iri layihələrin sona çatması ilə əlaqələndirilir. 40 faiz dedikdə, bura həm işdən birdəfəlik çıxarılanlar, həm də uzunmüddətli məzuniyyətə göndərilənlər aid edilə bilər”-deyə mənbə bildirib. Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov isə saytımıza açıqlamasında onda ixtisarlara dair məlumatın olmadığını deyib. N.Həsənov bu nazirlik sistemində çalışanların birdən-birə 40 faizinin ixtisar edilməsini mümkünsüz sayıb. Günay MUSAYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir