Modern.az

YAP Gənclər Birliyi müşavirə keçirib - FOTO

YAP Gənclər Birliyi müşavirə keçirib - FOTO

14 Aprel 2012, 18:50

Lənkəran şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Cənub regionu üzrə zona müşavirəsi keçirilir. Müşavirə çərçivəsində aprelin 13-də Lənkəran Dövlət Universitetinin tələbələri ilə görüş olub. Tədbirdə YAP Lənkəran şəhər təşkilatının sədri, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov çıxış edib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov isə qeyd edib ki, Azərbaycanın müstəqillik dövründə gənclər siyasəti sahəsində çox böyük işlər görülüb.  
Seymur Orucov onu da qeyd edib ki, YAP Gənclər Birliyi istər ölkə daxilində, istərsə də xaricdə təhsil alan azərbaycanlı tələbələrlə müntəzəm əlaqələr qurur, onların potensialından istifadə edilməsi üçün çeşidli tədbirlər reallaşdırır.

Gənclər qarşısında çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov bu tarixin universitetin tələbələrinin yaddaşında dərin iz buraxacağını deyib. Müşavirə çərçivəsində növbəti görüş Lənkərandakı Heydər Əliyev İdarəçilik Mərkəzində olub. Mərkəzdə «Region gənclərinin ictimai-siyasi və İKT sahəsində fəaliyyəti» mövzusuna həsr olunmuş görüşdə hazırda region gənclərinin ictimai-siyasi həyatdakı fəaliyyətindən bəhs edilib, eyni zamanda, onların İKT sahəsində fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Gənclər qarşısında çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, YAP Gənclər Birliyinin reallaşdırdığı tədbirlər xüsusi əhəmiyyətə malikdir: «Çünki bu cür tədbirlər gənclərin nəzəri baxımından təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri paylaşmaqda onlara gözəl imkan yaradır. Bu zaman gənclər həm öz potensialını reallaşdırır, özünü sübut edir, malik olduğu natiqlik, fikir yürütmə qabiliyyətlərini üzə çıxarır, həm də fikir mübadiləsi aparmaq imkanı əldə edirlər». Aprelin 14-də isə müşavirə çərçivəsində «Dövlət gənclər siyasətinin əsas aspektləri və gənclərin fəaliyyət istiqamətləri» mövzusunda diskussiya keçirilib.
Diskussiyanı giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, Prezident İlham Əliyevin  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalaması bir daha Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini əyani şəkildə sübut edir:
«Fikrimcə, YAP-in keçirdiyi yay və qış məktəbləri, həmçinin, müşavirə və seminarlar bu siyasətin daha yüksək nəticələr verməsinə imkan yaradır. Bu tədbirlər gənclərin dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyyə olunmasını təmin edir».

Tədbirdə çıxış edən YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Yalçın Əliyev, YAP Gənclər Birliyinin təşkilati məsələlər üzrə koordinatoru Vüsalə Niftəliyeva və digərləri qeyd ediblər ki, ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların intellektual inkişafına xüsusi qayğı ilə yanaşılır. Bildirilib ki, gənclər müasir Azərbaycanın inkişafı prosesində fəal iştirak edir və dövlət də hər zaman gənclərin vətənpərvər ruhda inkişafı üçün bütün şəraiti yaradır.

Qeyd edək ki, aprelin 14-də müşavirə çərçivəsində tədbir iştirakçıları Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində olublar. Günün ikinci yarısında isə «Sağlam gənclik, sağlam gələcək deməkdir» və «Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı region gənclərinin fikir və təklifləri» mövzularında diskussiyalar keçirilib.


Modern.az    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir