Modern.az

Qazaxda düşmən təxribatının qarşısı alındı

Qazaxda düşmən təxribatının qarşısı alındı

Qarabağ

8 Mart 2020, 20:16

"Bu gün saat 14:00 radələrindən başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxınlığında yerləşən  Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub".

Modern.az  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, düşmən təxribatının qarşısı alınıb.

Sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi