Modern.az

Şuşada qətl – polis öldürüldü

Şuşada qətl – polis öldürüldü

9 Mart 2020, 11:07

Azərbaycanın işğal altındakı Şuşa şəhərində qətl hadisəsi olub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Artsaxbank”a məxsus ərazidə gecə saatlarında mühafizəçi polisin cəsədi tapılıb. 23 yaşlı V.A-nın odlu silahdan açılan atəşlə öldürüldüyü ehtimal olunur.

 

Faktla bağlı araşdırmalar başlanılıb.   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?