Modern.az

Sabah Sabunçu və Xəzər rayonlarında qaz olmayacaq

Sabah Sabunçu və Xəzər rayonlarında qaz olmayacaq

16 Aprel 2012, 12:24

Modern.az-ın məlumatına görə, sabah paytaxtın Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Dövlət Neft Şirkəti sakinlərə xəbərdarlıq edib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq 17 aprel 2012-ci il tarixdə saat 10.00-dan “Zabrat-2” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri müddətində Xəzər rayonunun Buzovna və Albalılıq, Sabunçu rayonunun isə Zabrat, Maştağa və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Modern.az

                               

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir