Modern.az

Təhsil Nazirliyi 9-cular və 11-cilər üçün sınaq imtahanı keçirib

Təhsil Nazirliyi 9-cular və 11-cilər üçün sınaq imtahanı keçirib

16 Aprel 2012, 12:39

Təhsil Nazirliyi aprelin 14-15-də daha bir neçə bölgədə ümumi orta (IX sinif) və tam orta təhsil (XI sinif) səviyyələri üzrə yoxlama (sınaq) imtahanları keçirib.  Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına bildirilib ki, budəfəki imtahanlar Ağstafa, Daşkəsən, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarında təşkil olunub.
Sınaq imtahanı IX siniflərdə Azərbaycan dili və riyaziyyat, XI siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilib.
Cavablar bu həftə açıqlanacaq...

Bununla da Təhsil Nazirliyi orta məktəblərdə yoxlama (sınaq) imtahanlarına yekun vurub. Sınaq imtahanlarının nəticələri şagirdlərə veriləcək şəhadətnamə və attestatda nəzərə alınacaq. Belə ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir