Modern.az

Budapeştdəki Azərbaycan Evində ilk rəsm sərgisi təşkil edilib

Budapeştdəki Azərbaycan Evində ilk rəsm sərgisi təşkil edilib

11 Mart 2020, 14:39

Budapeştdəki Azərbaycan Evində ilk rəsm sərgisi təşkil edilib.

 

Komitədən Modern.az-a bildirilib ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Azərbaycan evində bu ölkədə təhsil alan gənc və istedadlı rəssam Fatimə Qurbanzadənin fərdi sərgisi keçirilib.

 

"O öz qanadları ilə uçur" ("Alis Volat Propriis") adlı layihənin təqdimatında ölkəmizin Macarıstandakı səfirliyinin birinci katibi Emil Rəhimov, “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri, Macarıstandakı Azərbaycan diasporunun rəhbəri Ramiz Əmirli və digər qonaqlar iştirak ediblər.

 

Qeyd edək ki, rəsm əsərlərində qadın azadlığı, müstəqilliyi, ailə münasibətləri və başqa dəyərlər əks olunub.

 

Xatırladaq ki, Budapeştdəki Azərbaycan evi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə ötən ilin sonunda açılıb.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər