Modern.az

Xəzər rayonu məktəbliləri arasında könüllülük hərəkatı

Xəzər rayonu məktəbliləri arasında könüllülük hərəkatı

Aktual

16 Aprel 2012, 14:34

«Xəzər rayonu məktəbliləri arasında könüllülük hərəkatının təbliği» layihəsi Xəzər İnkişafı Fondu tərəfindən bu ilin aprel ayının əvvəlindən Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməkliyi ilə həyata keçirilməyə başlayıb.

Layihə çərçivəsində Bakının Xəzər rayonundakı məktəblərdə təhsil alan uşaqlar arasında könüllülük hərəkatının təbliği, könüllülük haqqında biliklərin əldə edilməsi nəzərdə tutulub. Orada könüllülük hərəkatı, onun yaranma  və inkişaf tarixi, əsas komponentləri, könüllü olmaq üçün hansı tələblərin vacib olması və bu haqda beynəlxalq sənədlər barədə yeniyetmələrə ətraflı məlumat veriləcək. Təlimlər başa çatdıqdan sonra qeyd edilən təlimlərə cəlb edilən qruplar arasında əlaqəli fəaliyyətə nail olmaqdan ötrü hər bir məktəbin təlim keçmiş nümayəndəsinin iştirakı ilə  (hərəsindən 5 nəfər olmaqla, cəmi 25 nəfər) seminar keçiləcək. Onun əsas məqsədi fikir mübadiləsi və  könüllülərin gələcək birgə addımlarını müəyyən etməkdən ibarətdir, yəni  layihə başa çatdıqdan sonra da, sözügedən təhsil müəssisələrində olan uşaqlar arasında könüllülük hərəkatı və digər sahələr üzrə əlaqələrin davam etdirilməsi, məlumat mübadiləsi, əməkdaşlığın yaradılmasıdır. Həmçinin fəal dinləyici qrupu üçün Bakıda yerləşən təşkilatların işi ilə tanışlıq ekskursu təşkil olunması nəzərdə tutulub. Bu kimi ekskursların əsas məqsədi təkcə sagirdləri təşkilatların işi ilə deyil, həm də, təşkilatları layihəyə cəlb olunan və könüllü kimi çalışmaq istəyən orta ümumi təhsil məktəbinin yuxarı sinif şagirdləri ilə tanış etməkdi. Layihə çərçivəsində layihəyə cəlb olunmuş məktəblərdə təhsil alan daha çox sayda uşaqlara könüllülük ideyaları barədə ətraflı məlumatın verilməsi üçün müxtəlif metodlardan istifadə ediləcəkdir. Təlimlər vasitəsi ilə daha geniş və sayca çox yeniyetmələri bu layihə çərçivəsində əhatə etmək məhdud olduğu üçün mövzuya uyğun müvafiq sayda çap edilən Təlim Vəsaiti və Yaddaş Vərəqi layihə keçirilən məktəblərin kitabxanalarına hədiyyə olunacaq.
Layihə 2012-ci ilin iyul ayında başa çatacaq.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır