Modern.az

Zeynəb Xanlarovanın konserti koronavirusa görə təxirə salındı 

Zeynəb Xanlarovanın konserti koronavirusa görə təxirə salındı 

11 Mart 2020, 16:57

Xalq artisti Zeynəb Xanlarovanın solo konsertinin tarixində dəyişiklik olub.

Modern.az xəbər verir ki, 18 martda Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konsert proqramı mayın 3-də baş tutacaq.

 

Təşkilatçıların məlumatına görə, konsertdə 3000-dən çox tamaşaçının iştirak edəcəyi nəzərə alınaraq, Azərbaycanda və dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq belə bir addım atılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır