Modern.az

Azərbaycan nefti yenidən ucuzlaşdı

Azərbaycan nefti yenidən ucuzlaşdı

12 Mart 2020, 10:29

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 11-də 36,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel azdır.

 

Bu barədə Modern.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 35,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 30,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 34,88 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir