Modern.az

Bakıda «Eurovision- 2012»-yə ictimai dəstək başlandı

Bakıda «Eurovision- 2012»-yə ictimai dəstək başlandı

16 Aprel 2012, 17:44

Azərbaycanda «Eurovision- 2012» mahnı müsabiqənə ictimai dəstək - tariximizin və mədəniyyətimizin təbliği» adlı yeni layihənin icrasına start verilib. Layihəni «Jurnalistika və İnişaf Mərkəzi» İctimai Birliyi icra edəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihəni Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və «Eurovision- 2011» mahnı müsabiqəsində qalib gəlmiş Nigar Camal da dəstəkləyir.

Bu barədə məlumat verən Mərkəzin sədri Elməddin Muradlı bildirib ki, aprelin 1-dən etibarən icrasına başlanılan layihənin hazırlıq mərhələsi ayın sonunda yekunlaşacaq. Mayın 1-dən isə 30 gün ərzində layihənin icrasına cəlb olunmuş şəxslər, könüllülərlə birlikdə tədbirlər həyata keçiriləcək. İlk növbədə «Eurovision- 2012» musiqi yarışmasında Azərbaycana gələcək qonaqları maarifləndirmək üçün bukletlərin hazırlanıb paylanması nəzərdə tutulub. Həmin bukletlərdə Azərbaycan və onun işğal olunmuş əraziləri, əhalisi, etnik tərkib, otellər, restoranlar, xidmət sahələri və digər məlumatlar Azərbaycan və ingilis dilində əksini tapacaq ki, bu da qonaqların Bakıda rahat hərəkətinə, axtarılan ünvanın tez bir zamanda tapılmasına kömək edəcək. Bukletlər həm də taksilərə paylanılacaq. Bundan başqa, Azərbaycan və ingilis dillərində söz və söz birləşməlirin əks olunduğu kitabçanın da çap olunub taksi sürücülərinə, yol polisi əməkdaşlarına paylanılması nəzərdə tutulub. May ayı ərzində bu işlər mütəmadi olaraq həyata keçiriləcək.

Bakı şəhər DYP-nin bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, «Jurnalistika və İnkişaf Mərkəzi»nin layihəsi onlarda maraq doğurduğu üçün bu işə dəstək vermək qərarına gəliblər: «Biz həm də müğənni Nigar Camalla danışıqlar aparıb razılıq aldıq ki, birgə tədbirlərimizdə iştirak etsin. Nigar Camal BMT-nin yol hərəkətinin təhlükəsizliyi üzrə xoşməramlı səfiri seçilib. Biz istəyirik ki, bu layihə çərçivəsində həm də yollarda sürücülərin, sərnişinlərin və piyadaların maarifləndirilməsinə, yol mədəniyyətinin daha da artırılmasına nail olmaq üçün bir neçə tədbir keçirəcək. Yaxın günlərdə bu tədbirlərə start verəcəyik».

Modern.az      
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi