Modern.az

Millət vəkili Ceyhun Məmmədov Modern.az-ın baş redaktorunu ziyarət etdi - FOTOLAR

Millət vəkili Ceyhun Məmmədov Modern.az-ın baş redaktorunu ziyarət etdi - FOTOLAR

12 Mart 2020, 20:49

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Ceyhun Məmmədov Modern.az saytının bir müddət öncə açıq ürək əməliyyatı keçirmiş baş redaktoru Əfqan Qafarlını yaşadığı evdə ziyarət edib.

Millət vəkili Ceyhun Məmmədov əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan tanınmış jurnalist Əfqan Qafarlının ağır cərrahiyyə əməliyyatından sonrakı səhhəti və problemlərilə maraqlanıb, ona şəfalar diləyib.


Öz növbəsində Modern.az-ın baş redaktoru Əfqan Qafarlı Ceyhun Məmmədovu deputat seçilməsi münasibətilə təbrik edib, bu çətin günlərində ona diqqət göstərən millət vəkilinə fəaliyyətində uğurlar arzulayıb.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan şəhid ailələri, Qarabağ qaziləri, xəstə insanlar, aztəminatlı ailələrin problemlərini daim diqqətdə saxlayacaq, onlarla bu cür görüşləri davam etdirəcək.

Görüşdə əslən Cəbrayıl rayonundan olan digər tanınmış jurnalist, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə də iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir