Modern.az

Azərbaycanda adamlar ən çox nə yeyirlər... - STATİSTİKA

Azərbaycanda adamlar ən çox nə yeyirlər... - STATİSTİKA

17 Aprel 2012, 11:07


Hər gün qida rasionumuza kifayət qədər ərzaq məhsulları daxil edirik. Bu ərzaq səbətinə gün ərzində çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları, yumurta, şəkər və qənnadı məhsulları, bitki yağı, marqarin və digər piylər, mal-qara yağı, çay və duzkimi qida maddələri aiddir.

Öncə qeyd edək ki, BMT mütəxəssislərinin açıqlamalarına əsasən minimum istehlak səbətinə əsasən hər bir insanın il ərzində 120 kq çörək və çörək məhsulları, 41 kq kartof, 94 kq tərəvəz və bostan məhsulları, 51 kq meyvə və giləmeyvə, 221 kq süd və süd məhsulları, 5 kq balıq və balıq məhsulları, 132 ədəd yumurta, 17 kq şəkər və qənnadı məhsulları, 9 kq bitki yağı, marqarin və digər piylər, 6,5 kq mal-qara yağı, 3 kq çay və duz qəbul etməsi tövsiyə edilir.

Amma unutmayaq ki, bunlar minumum tələbdir.

Azərbaycan ailəsinin əsas qida rasionunda çörəyin rolu əvəzsizdir.

Dövlət Statistika Komitəsinin məlumatına diqqət edək.

Azərbaycanda çörək və çörək məhsulları uşaqsız ailələrdə il ərzində 152, 9 kq, uşaqlı ailələrdə isə bu məhsula tələbat 153, 6 kq təkşil edir.

İkinci çörək sayılan kartofa tələbat heç də çörəkdən az deyil. Beləki, bu qidaya tələbat uşaqsız aillələrdə 55,6 kq, uşaqlı ailələrdə isə 54,2 kq dır. Ancaq fəsildən aslı olaraq bizim də qidalanmamız yaz-yay aylarında dəyişir. Daha çox müraciət etdiyimiz  ərzaqlar sırasına tərəvəz və bostan məhsulları daxil olur. Buna görə də bu məhsulların uşaqlı ailələrdə 83,1, uşaqsız ailələrdə isə 87,0 kq olması əbəs deyil. Eyni zamanda Azərbaycan xalqı “çayxor” olduğundan şəkər və qənnadı məhsulları onlar üçün vazkeçilməz nemətidir. Bu səbəbdən həmin məhsullar uşaqlı ailələrdə 31,5 , uşaqsız ailələrdə isə 31,7 kq təşkil edir. Evlərimizdə yeməkdən sonra xüsusi məşğuliyyət kimi sevdiyimiz meyvə və gilə meyvənin statistik göstəricisi isə- uşaqlı ailələrdə 64,5, uşaqsız ailələrdə isə 66,2 kq- dır. El arasında göz zəifliyinin dərmanı hesab edilən balığı və balıq məhsullarını  ailələrimiz uşaqların məxsusi olaraq yeməsini istəyir. Uşaqlı ailələrdə bu məhsulun istifadə miqdarı il ərzində 66,6 , uşaqsız ailələrdə isə 7,7 kq arası dəyişir. Kənd təsərüfatına bağlı olduğumuzdan uşaqlı ailələrimizdə yumurta 130,7 , süd və süd məhsulları 293,6, uşaqsız ailələrdə isə yumurta 133,4 ,  süd və süd məhsulları 321,5 kq –dan ibarətdir. Gündəlik ərzaq səbətində öz payı olan bitki yağları uşaqlı ailələrdə 8,6, uşaqsızlarda 9,3 kiloqramdır.

Ümumi nəticəyə görə, faktiki istehlaka diqqət yetirdikdə görürük ki, ölkəmizdə adambaşına il ərzində 155 kq çörək və çörək məhsulları, 55 kq kartof, 84 kq tərəvəz və bostan məhsulları, 31,5 kq şəkər və qənnadı məhsulları, 65 kq meyvə və giləmeyvə, 6,9 kq balıq və balıq məhsulları, 31,5 kq şəkər və qənnadı məhsulları, 131 ədəd yumurta, 300 kq süd və süd məhsulları, 8,8 kq bitki yağı və marqarin istehlak edilir.

 Şahanə RƏHİMLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir