Modern.az

DİN əməkdaşı: “Azyaşlı qızlar sosial şəbəkələrdə əks cinsin təsirinə düşürlər”

DİN əməkdaşı: “Azyaşlı qızlar sosial şəbəkələrdə əks cinsin təsirinə düşürlər”

17 Aprel 2012, 11:35

Valideyin nəzarətindən yayınan azyaşlı qızlar isə bu şəbəkələrdə əks cins nümayəndələrinin təsiri altına düşür

   Bakı Şəhər Polis İdarəsinin Yetginlik yaşına çatmayanlarla profilaktiki işin təhlili şöbəsinin rəisi Hüseyn Əliyev bildirib ki, son illərdə məktəblər də daxil omaqla  cəmiyyətdə  uşaqlara qarşı zorakılığın sayının artması müşahidə olunur: “Bir şox ailələrdə uşaqlar valideyinlər tərəfindən zorakılığa məruz qalır. Bu hal əsasən tüfeyli həyat tərzi keçirən və maddi imkanları zəif ailələrdə qeydə alınır. Valideyinləri tərəfindən işgəncələrə məruz qalan uşaqlar evdən qaçırlar. Cinsi zorakılıqla bağlı vəziyyət daha təhlükılidir. İnternet vasitəsilə uşaqları cinsi zorakılığ cəlb etmə geniş yayılıb. Sosial şəbəkə gənc və orta yaşlıların da gündəlik oyun və ünsiyyət məkanlarından birinə çevrilib. Uşaqlar arasında sosial şəbəkələrərə maraq artır ki, bunun da nəticəsi xoşagəlməz olur. Uşaqların bəzisi sosial şəbəkələrə daxil omaqla erotik və parnoqrafik görüntülərə baxırlar. Bu isə onların əqli, mənəvi və fiziki inkişafına mənfi təsir göstərir. Valideyin nəzarətindən yayınan azyaşlı qızlar isə bu şəbəkələrdə əks cins nümayəndələrinin təsiri altına düşərək  onlarla ünsiyyət qururlar. Sonradan bu tanışlıq cinsi sorakılığa gətirib şıxarır. Müddət ötdükcə, onlar insan alverinin qurbanlqrına çevrilirlər”.

Onun sözlərinə görə, uşaq əməyinin istismarı da qeydə alınmaqdadır.

Millət vəkili Elmira Axundova qeyd edib ki, rayonların əksəriyyətində internet klublarının olmadığı halda uşaqlarin hüquqlqrı pozulur: “Uşaqların işləməsinin nəyi pisdir ki? İndı yaşayış tərzi, dolanışıq üçün tələbat artıb. Uşaqlar faydalı əməyə cəlb olunmayanda ərköyün böyüyür. Əslində uşaqların təhsildən sonra işləmələri üçün yüngül iş yerləri yaradılmalıdır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı