Modern.az

Toy mərasimlərinin keçirilməsi qadağan olundu

Toy mərasimlərinin keçirilməsi qadağan olundu

13 Mart 2020, 20:05

Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib. 

 

Nazirlər Kabineti yanında Operativ  Qərargahdan Modern.az-a verilən məlumata görə, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir. 

 

Eyni zamanda saat 00:00-dan etibarən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir