Modern.az

Tanınmış rejissor reanimasiyaya yerləşdirilib

Tanınmış rejissor reanimasiyaya yerləşdirilib

17 Aprel 2012, 14:24

Tanınmış rejissor Tariyel Vəliyevin səhhəti pisləşib. Bununla bağlı Modern.az saytına Tariyel Vəliyevin oğlu, rejissor Vüqar Vəliyev məlumat verib. O bildirib ki, T.Vəliyev aprel ayının 10-da Klinik Tibbi Mərkəzdə bağırsaq əməliyyatı keçirib.
Bir neçə gün bundan əvvəl rejissoru palataya köçürüblər. Lakin dünən səhər onun vəziyyəti qəflətən pisləşdiyinə görə yenidən reanimasiyaya qaytarılıb. Rejissorun vəziyyətinin pisləşməsinin səbəbi ailəsinə məlum deyil.

Qeyd edək ki, Tariyel Vəliyev Azərbaycan Dövlət Televiziyası "Ədəbi-dram verilişləri" baş redaksiyasının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Televiziya rejissoru" kafedrasının müdiri, professordur. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının, Aslan Qəhrəmanovun "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" teleserialının quruluşçu rejissorudur.

 İsi Məlikzadənin "Qaranquş yuvası", Seyid Hüseynin "Məhəbbət macərası", Əzizə Əhmədovanın "Pəncərədə işıq", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Mar Bayciyevin "Duel", Anarın "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam-1" teletamaşalarını çəkib.

Q.Abdinova  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?