Modern.az

Nadir Şah Əfşarın nəvəsi Çar Rusiyasına qarşı: TARİXİ FAKTLAR

Nadir Şah Əfşarın nəvəsi Çar Rusiyasına qarşı: TARİXİ FAKTLAR

Ədəbi̇yyat

15 Mart 2020, 21:43

Çar Rusiyasının müstəmləkəçilik və işğal siyasətinə qarşı qazax xalqının apardığı milli azadlıq hərəkatına böyük türk hökmdarı Nadir Şah Əfşarın nəvəsinin rəhbərlik etdiyini bilirdinizmi?

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindən:
    
Maraqlıdır ki, özlərini Böyük Kirin (Küruşun, Kureşin) nəslindən hesab edən Ərsakilərlə Sasanilər arasındakı qarşıdurmadan 5 əsr sonra Qureyşin soyundan olan ailələr arasında eyni süjet xətli dramatik hadisələr baş verdi. 750-ci ildə Peyğəmbərin əmisi Abbas ibn Əbdul Müttəlibin törəmələri olan Abbasilər Ərəb xilafətinə hakim olan Əməvilərə qarşı üsyan qaldırdılar. Abbasilərin ilk xəlifəsi Əbul Səffah, eyni ilə ilk Sasani hökmdarı Ərdəşir kimi, keçmiş sülalənin bütün nümayəndələrini kütləvi şəkildə qırdı. Əməvi şahzadələrindən yalnız bir nəfər – Əbdürrəhman özünün ağlı, cəsarəti və əzmi sayəsində onu öldürmək istəyən düşmənlərdən yayınaraq təkbaşına səhranı, sonra isə gəmi ilə dənizi keçərək İspaniyaya çıxa bildi və çoxlu macəralardan sonra orada yeni Əməvilər dövlətini qurdu.

 

Tarixdə buna bənzər hadisələr az olmamışdır.Onlardan biri haqqında qazax şairi Sayın Nazarbekulı məlumat verir: “1747-ci ildə Nadir şah Əfşarı qətlə yetirdikdən sonra sui-qəsdçilər onun bütün övladlarını öldürmüş, yalnız nəvəsi Şahruha toxunmamışdılar. Bu faciəli hadisələr zamanı Nadirin yaxın adamları onun iki oğlan nəvəsinin həyatını xilas edərək Qazaxıstana qaçırıb köçəri qazax tayfalarına sığınmışdılar. Bers tayfasının başçısı Nadir şah Əfşarın nəvəsi Malını oğulluğa götürüb, ona Gülmalı (Kulmalı) adını vermişdi. Əfsanəvi qazax bahadırı və akını (aşığı), Rusiya işğalına qarşı xalq üsyanının iki əsas rəhbərindən biri – Mahambet Utemisulı (1803–1848) həmin Gülmalının oğlunun oğlu olmuşdur. Nadir şahın digər nəvəsi Matını isə bahadır Toxtamışın nəvəsi Dospambet övladlığa götürərək öz uşaqları ilə onun arasında heç bir fərq qoymadan böyüdüb boya-başa çatdırmışdı. Matı Manqıstau qazaxları arasında igid, güclü, öncəgörmə qabiliyyətinə malik, xəstələri müalicə etməyi bacaran mömin bir insan kimi ad çıxarmış, el arasında övliya Matı adı ilə məşhur olmuşdur”.
Hekayəsinin davamında Sayın Nazarbekulı bildirmişdir ki, onun özü də həmin Matının nəslindəndir.

 

Ələkbər

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir