Modern.az

İstanbulda illərdir sənədsiz yaşayan azərbaycanlılara sənəd verilir - FOTO

İstanbulda illərdir sənədsiz yaşayan azərbaycanlılara sənəd verilir - FOTO

16 Mart 2020, 17:54
 

Bu gün 18 azərbaycanlıya Türkiyədə müvəqqəti “oturum izni” verilib.  

 

Modern.az xəbər verir ki, müvəqqəti yaşamaq icazəsi Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və İşbirliyi fondunun sədri, professor Aygün Attar tərəfindən verilib.

 

Qeyd edək ki, uzun müddətdir sənədlərin hazırlanması prosesi gedirdi. Azərbaycanın Xarici İşlər Nazirliyi, Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi və Azərbaycanın İstanbuldakı Baş konsulluğu bu istiqamət üzrə işlər aparırdı (realtv.az).

  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?