Modern.az

Bu barmağa üzük taxanlar xəyanətə meylli olurlar

Bu barmağa üzük taxanlar xəyanətə meylli olurlar

Mədəni̇yyət

17 Mart 2020, 10:41

Həyatda hər bir şeyin mənası olduğu kimi, üzüklərin barmaqlara taxılışında da bir məna var. Üzüklərin hansı barmağa taxılması, eyni zamanda insanın xarakterindən də xəbər verir.

 

Müxtəlif barmaqlara taxılan üzüklərin hansı mənaları var?

 

Məsələ ilə bağlı AMEA Folklor İnstitutunun şöbə müdiri, dosent Afaq Ramazanova Modern.az-a danışıb.

 

“Zinət əşyalarının, o cümlədən üzüklərin Şərqin maddi-mənəvi abidələri arasında çox əhəmiyyətli yeri var. Müasir dövrdə sadəcə estetik funksiya daşıyan zinət əşyaları ilkin ibtidai dövrlərdə tamamilə fərqli funksiyalara malik olublar. İlkin ibtidai təsəvvürlərdə hər barmağın öz simvolikası var. Eyni zamanda, müxtəlif barmaqlara taxılan üzük də həmin simvolikanı və məlumatı özündə ehtiva edir. Məsələn, bilirik ki, nişan üzüyü sol əlin adsız barmağına taxılır. Bu da onunla izah edilir ki, sol əldən qan birbaşa ürəyə işləyir. Bu, əksər xalqlarda belədir. Təbii ki, istisnalar da var. Avropanın bır sıra pravoslav inamlı sakinləri arasında belə bir inanc yaşayır kı, bu barmağa üzüyü əri ölmüş dul qadınlar taxmalıdır ”.

 

Afaq Ramazanova hər üzüyün müxtəlif barmaqlarda mənalarından da söz açıb:

 

“Baş barmağın özü insanın daxili aləminin əksidir. Eyni zamanda, mənəvi güc və iradənin simvoludur. Orta əsrlərdə Avropada cütlüklər nikah üzüyünü baş barmağa taxırdılar. Adətən münəccimlər baş barmaqlarına carnelian, nar və ya yaqut ilə bəzədilmiş üzüklər taxmağı məsləhət görürlər. Hətta belə bir maraqlı məlumat var ki, baş barmaq əyri olarsa, bu günahkarlığın əlaməti hesab olunur.

 

Şəhadət barmağa evli cütlüklər nadir hallarda üzük taxırlar. Bu qürur, hakimiyyət, güclü və iradəli xarakter, məntiqi düşüncəyə meyillilik deməkdir. Utancaq adamlar şəhadət barmaqda üzük gəzdirsələr, özlərinə daha əmin olacaqlar.  Həyatınızda kifayət qədər harmoniya olmadığı halda, bu barmağınıza mümkün qədər tez-tez,  aquamarine daşı, gül kvars və ya mərcan ilə gözəl bir üzük taxmağı unutmayın. Simvolik mənaya gəlincə, bu barmaq ən təhlükəsizdir və gizli bir məna daşımır”.

 

 

Folklorşünas bildirib ki, uzun-orta barmaq bir insanın lider olmaq istəyi və arzusunu simvollaşdırır.

 

“Uzun-orta barmağa üzük taxılırsa, bunun anlamı qadının evli olması deməkdir. Özünü sevən, özündən məmnun insanlar bu barmağa üzük taxmağı sevirlər. Göstərici barmaqların astroloji daşları lapis lazuli, ametist və mavi topazdır .

 

Adsız barmağa taxılan üzük “yeni bir həyata qədəm qoyuram” deməkdir. Adətə görə nişan mərasimində oğlan və qızın adsız barmaqlarına taxılan üzük onları bir-birinə bağlayır. Adsız barmağın isə ürəklə əlaqəsi olduğunu düşünürlər. Həm də nişanlılar bir-birindən uzaqda olurdular və nişanlılar bu barmağın sehirli bir qüvvəyə malik olduğuna və uzaq olsalar da ürəklərini birləşdirdiyinə inanırdılar. 

 

Çeçələ barmağa üzüyü isə hələ ərə getməyi düşünməyən qızlar taxırlar. Çeçələ barmağa taxılan üzük sahibinə işgüzar əlaqələr yaratmağa kömək edir. Psixoloqların rəyinə görə, çeçələ barmağına üzük taxan insanlar qalmaqallara, fırıldaqlara, xəyanətə meylli insanlar olurlar”, - deyə Afaq Ramazanova qeyd edib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!