Modern.az

Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qəbuluna zərurət yaradır - Tahir Mirkişili  

Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qəbuluna zərurət yaradır - Tahir Mirkişili  

17 Mart 2020, 10:56

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbuluna zərurət yaradır.

 

Modern.az xəbər verir ki, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

 

T. Mirkişili bildirib ki, Rəqabət məcəlləsi ilə bağlı daha çox işləməli və komitə olaraq, birlikdə fəaliyyət göstərməliyik:

 

“Artıq bu qanun layihəsinin hazırlanması üçün ciddi çalışmalar aparmalıyıq”.

 

Komitə sədri qeyd edib ki, koronavirusla bağlı görülən tədbirlər strukturlar arasında uyğunsuzluq yaradır.

 

“Müqavilələrdə fors-major hallarla bağlı xüsusi maddə var. Amma fors-major hallara epidemiyanın yayılması daxil deyil. Belə halda müqavilə öhdəliklərinə yeni anlayışların daxil edilməsi bizə lazım olacaq. Çünki bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir. Digər ölkələrdə hökumət sahibkarlara hansısa güzəşt edir. Bununla bağlı Azərbaycan da daxildə müəyyən müəyyən müzakirələr aparılır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi