Modern.az

Beynəlxalq təşkilat Eynulla Fətullayevin mükafatı barədə açıqlama yaydı

Beynəlxalq təşkilat Eynulla Fətullayevin mükafatı barədə açıqlama yaydı

Aktual

18 Aprel 2012, 12:34

Xəbər verildiyi kimi, YUNESKO azərbaycanlı jurnalist, hüquq müdafiəçisi Eynulla Fətullayevi “Dünya Mətbuat Azadlığı” mükafatına layiq görüb. Beynəlxalq Mətbuat İnstitutu (BMİ) bununla bağlı açıqlama yayıb. Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu BMİ-nin Vyanada yerləşən baş ofisinə istinadən məlumat verib. Onun sözlərinə görə, BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvü olan Eynulla Fətullayevin bu mükafata layiq görülməsi BMİ rəhbərliyini sevindirib.

  BMİ-nin icraçı direktor müavini Antoni Mills (Anthony Mills) adından yayılan açıqlamada deyilir: “Biz YUNESKO-nun mükafatın laureatı kimi cənab Fətullayevi seçməsindən çox məmnunuq. Həbsdə keçirdiyi müddət ərzində, həbsdən əvvəl və azadlığa buraxıldıqdan sonra mətbuat azadlığı uğrunda apardığı mübarizədə göstərdiyi cəsarət və dəyanət onun bu mükafata layiq olmasını təsdiq edir. Biz qürur duyuruq ki, cənab Fətullayev BMİ-nin  Azərbaycan Milli Komitəsinin üzvüdür və onun adı YUNESKO-nun mükafatçıları sırasındadır.  

Qeyd edək ki, sözügedən mükafat 1986-cı ildə qətlə yetirilmiş kolumbiyalı jurnalist Guillermo Cano Isaza-nın şərəfinə 1997-ci ildə YUNESKO tərəfindən təsis olunub. Mükafatın qalibi 12 xəbər mütəxəssisindən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçilir. Qalibə 25 min ABŞ dolları verilir. Mükafatın təqdim olunması mərasimi 3 may Beynəlxalq Mətbuat Günündə Tunisdə keçiriləcək.  

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır