Modern.az

““Atəşgah məbədi” qədim mədəni əlaqələrimizin ən bariz nümunəsidir” - Hindistanın Azərbaycandakı səfiri

““Atəşgah məbədi” qədim mədəni əlaqələrimizin ən bariz nümunəsidir” - Hindistanın Azərbaycandakı səfiri

Müsahibə

18 Mart 2020, 16:10

Hindistanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna Modern.az saytına müsahibə verib.

                                              

 

- Cənab səfir, Azərbaycan və Hindistan arasındakı əlaqələr sizi qane edirmi?

 

- Hindistan və Azərbaycan arasındakı münasibətlər son illər ərzində siyasi, iqtisadi, mədəni səviyyələrdə inkişaf edib. Ümumilikdə, iki ölkə arasındakı münasibətlər bütün sahələrdə, o cümlədən enerji, ticarət, təsərrüfat, təhsil, tikinti, mədəniyyət və s. sahələrdə dayanmadan inkişaf edir. Əsasən də, biz biznes cəmiyyətləri arasındakı maraqlarda xüsusi artım müşahidə etmişik. Əməkdaşlığın inkişaf edən sahələrindən biri də insanlar arasındakı əlaqədir. Hindistandan Azərbaycana gələn ziyarətçilərin sayında artım müşahidə olunur. Bizim həmçinin texniki və iqtisadi əməkdaşlıq sahələrində həyata keçirilən proqramlarımız var. Regional səviyyədə, hər iki ölkə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizində əməkdaşlıq edir. Azərbaycanın sədrliyi altında keçirilən “Qoşulmama” Hərəkatı da həmçinin bu iki ölkənin əməkdaşlıq etdiyi platformalardan biridir. 2019-cu ildə Azərbaycan və Hindistan arasındakı ümumi ticarət dövriyyəsi 1.092 milyard ABŞ dolları olub, hansı ki, keçən il ilə müqayisədə 18 faiz artım deməkdir. İkitərəfli ticarətin əsas kompenenti Azərbaycanın Hindistana ixrac etdiyi xam neftdir. Keçən il Hindistan Azərbaycana 136 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib, hansı ki, 2018-ci illə müqayisədə 33 faiz artım deməkdir. Azərbaycan üçün Hindistan ixraca görə 4-cü ən geniş bazara malikdir.

 

 

 - Cənab Vanlalvavna, Hindistan və Azərbaycan arasındakı ticarət dövriyyəsi hansı sahələrdə aparılır və Hindistan bu gün Azərbaycana nə ixrac edir?

 

- Hindistan Azərbaycana müxtəlif növ məhsul ixrac edir. Hindistanın əsas ixrac etdiyi məhsullar düyü, mobil telefonlar, əczaçılıq məhsulları (dərmanlar), mühəndislik məhsulları, ət, çay, ədviyyatlar və s. təşkil edir. Hazırda, Hindistan Azərbaycana ən geniş düyü ixrac edən ölkədir və ölkədə Hindistan düyüsünə geniş tələbat var. Hindistanın digər mühüm ixrac məhsulu mobil telefonlardır, hansına ki son illərdə tələbat artımı müşahidə olunub. Hindistan həmçinin Azərbaycana əczaçılıq məhsulları və çay ixrac edir. Lakin, biz inanırıq ki, iki ölkə arasındakı ticarətin tərkibində və kəmiyyətində böyük potensial var. Həm Hindistan, həm də Azərbaycan öz iqtisadiyyatlarının bəzi sahələrində ənənəvi üstünlüklər var. Bu üstünlüklərdən istifadə edərək hər iki tərəf arasındakı iqtisadi əməkdaşlıq inkişaf etdirilməlidir.

 

- Bilmək istərdik ki, Hindistan sərmayəçiləri Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar? Hal-hazırda bizim ölkəmizə investisiya yatıran hind şirkəti varmı?

 

- Hindistanın Azərbaycandakı əsas investisiyası ONGC Videsh Ltd tərəfindən Azəri-Çıraq-Günəşli və Bakı-Tiflis-Ceyhan kəmər boruları layihələrində edilmişdir. Həmçinin, 300-dən çox hind şirkəti Azərbaycanda qeydə alınıb və onlar əsaən pərakəndə, qida və restoran sənayelərini təmsil edir. Onların çoxu kiçik və orta ölçülü bizneslərdir. Bizim həmçinin neft şirkətləri, mühəndislik sahələri və İT-də podoratçı kimi fəaliyyət göstərən bir neçə şirkətlərimiz var. Bu ölkədə daimi iz qoymaq üçün və iqtisadi əməkdaşlığımızı inkişaf elətdirmək üçün öz biznesmenlərimizi Azərbaycanda investisiya etməyə çağırırıq. Eyni zamanda, Hindistanda da həmçinin çoxlu investisiya imkanları var, hansıları ki, Azərbaycan biznesmenləri bunları araşırmalıdırlar.

 

 

- Cənab səfir, yaxşı bilirik ki Hindistan mədəniyyətin dünya mədəniyyətinə böyük töhfələri olub. Həmçinin Azərbaycan mədəniyyəti də, dünya mədəniyyətinə zamanla inteqrasiya edib. Məsafələrin uzaq olmasına baxmayaraq mədəniyyətlərimizin arasındakı yaxınlıq barədə hansı fikirləriniz var?

 

- Çox maraqlı bir sual səsləndirdiniz. Öncə onu qeyd edərdim ki, hind kinoları və mahnılarının Azərbaycan mədəniyyətində izi vardır. Doğru vurğuladınız. Məsafələr uzaq olsa da, ölkələrimiz və mədəniyyətlərimiz arasında bir çox yaxınlıqlar, əlaqələr müşahidə olunur. Mənim fikrimcə, həm Hindistan, həm də Azərbaycan zəngin mədəni irsə sahibdir. Atəşgah, iki dövlət arasındakı qədim mədəni əlaqələrin ən bariz nümunəsidir. İki ölkə arasında mətbəx və musiqi sahələrində çoxlu mədəni oxşarlıqlar var. Dil sahəsində də, həmçinin . Poeziya, rəqs, kino, teatr, ədəbiyyat və musiqi sahələrində də, Hindistan və Azərbaycan sıx əlaqəlidir. Hind kinoları, musiqisi və rəqsləri Azərbaycanda çox sevilir. Mənim fikrimcə, Hindistanda meydana gəlmiş “Yoqa” Azərbaycanda gündəlik həyatın bir parçasına çevrilib.

 

- Hindistandakı “Bollivud” film studiosu, film sektorunda istehsal həcminə görə dünyanın ikinci ən böyük film studiosudur. Bugünkü Hindistan film istehsalı kino fondu və buradakı kapital haqqında nə söyləyə bilərsiniz?

 

- “Bollivud” Hindistanda ən çox çiçəklənən sənayelərdən biridir, hansı ki, bütün dünyada geniş izləyici auditoriyasına sahibdir. Son illərdə, bizim film sənayemizdə Azərbaycanı çəkiliş yerləri kimi istifadə etməyə başlamasını müşahidə etmişik. Mənim fikrimcə, bu, Azərbaycanı Hindistandakı geniş auditoriyaya təqdim etmək üçün çox yaxşı bir üsuldur. Ümid edirəm ki, gələcəkdə hind kinoları müasir Azərbaycan kinoteatrlarında yenidən geniş izləyici kütləsinə nümayiş olunacaq.

 

- Sovet vaxtında belə, Azərbaycanda Raj Kapur, Hema Malini, Dxarmendra, Mithun Çakrabati və başqaları kimi hind film ulduzlarına maraq yaranıb və onların Azərbaycanda xeyli pərəstişkarları olub. Sizcə biz hind kinolarını niyə belə çox sevirik?

 

- Adlarını sadaladığınız film ulduzları təkcə Hindistan kinosunun deyil, dünya kino ulduzlarıdır. Bu mənada hind kino sənəti dünya kinosuna zamanla öz töhfələrini vermişdir və verməkdə davam edir. Film sektorumuzdakı bu cür zənginlik düşünürəm ki, mədəniyyətimizin və cəmiyyətimizin zənginliyindən irəli gəlir. Hind mədəniyyəti geniş və çoxsahəlidir. Bir çox hind kinoları cəmiyyətdəki və ailədəki dəyərlərdən bəhs edir. Onlar həmçinin çox əyləncəlidirlər. Mənim fikrimcə, Azərbaycan xalqının hind kinolarını belə çox sevməsinin səbəbi bizim dəyərlərimizdəki oxşarlıqlar və paylaşdığımız digər mədəni aspektlərdir. Hal-hazırda da, hind film sektorunda geniş inkişaf müşahidə olunmaqdadır. Mən Hindistan vətəndaşı kimi ölkəmin bu sahədəki uğurlarından çox məmmunam.

 

- Ölkələrimiz arasındakı əlaqələrə toxunduq. Bu mənada Hindistana getmək və oranı canlı müşahidə etmək istəyən Azərbaycan vətəndaşları çoxdur. Maraqlıdır, Hindistana getmək üçün viza verilməsinin əsas prinsipləri hansılardır?

 

- Hind vizası almaq çox sadə bir prosesdir. Bunun üçün pasport və ziyarətin səbəbi kimi məlumatlardan istifadə edərək aplikeyşnların doldurulması gərəkdir. Azərbaycan vətəndaşları üçün Hindistana viza almaq haqqındakı bütün məlumatları bizim səfirliyimizin veb-saytında ətraflı qeyd olunub.

 

- Bəs Azərbaycandan Hindistana il ərzində nə qədər turist gedir və bu say sizi qane edirmi?

 

- Hindistana gedən Azərbaycanlıların sayı 1300-ə yaxındır. Azərbaycanın Hindistana olan sevgisini nəzərə alaraq demək olar ki, bu rəqəm çox aşağıdır və bu rəqəmi artırmaq üçün geniş miqyas var.

  

- Maraqlıdır, cənab səfir Azərbaycanda ən çox nəyi sevir?

 

 - Mənim Bakıdakı təcrübəm çox pozitiv olub. Mənim fikrimcə, Azərbaycan xalqı əsasən də, hindistanlılara qarşı bizim qədim tarixi əlaqlərimizdən irəli gələrək çox mülayim və mehribandırlar. Onların hind kinolarına və mahnılarına olan sevgiləri onları Hindistana daha da yaxınlaşdırır. Mən Bakıda və Azərbaycanın digər şəhərlərində kiçik zamanda baş verən sürətli inkişafdan heyranam. Mən Azərbaycan mətbəxini, Bakının küçələrini, gözəl kənd yerlərini və ən əsası da qarşıma çıxan insanların pozitiv əhval-ruhiyyələrini çox sevirəm. Azərbaycan xalqına xoşbəxt və firəvan həyat arzu edirəm… 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir