Modern.az

Ermənistanda xəstələrin, ölənlərin  sayı gizlədilir – ORDUDA CİDDİ İTKİLƏR VAR

Ermənistanda xəstələrin, ölənlərin  sayı gizlədilir – ORDUDA CİDDİ İTKİLƏR VAR

19 Mart 2020, 10:02

Koronavirus pandemiyasının ən çox yayıldığı ölkələr arasında ilk üçlükdə hələ ki Çin, İtaliya və İran dayanır.

 

Bu virus sürətlə yayılan xəstəliklər sırasında olduğundan adlarını çəkdiyimiz ölkələrlə sərhədd bölgələrdə də ciddi problemlər yaşanır.

 

İranın bizim regionda yerləşdiyiniz nəzərə alsaq, onunla qonşu olan Cənubi Qafqaz ölkələrində ciddi təhlükə qaçılmazıdr.

 

Bu sırada isə Ermənistan ilk yerdə dayanır.

 

Diqqət edin, Çində virusun yayılma arealının genişləndiyi ilk vaxtlardan Ermənistanın siyasi rəhbərliyi ifrat panikada idi.

 

Bunun nəticəsi idi ki, yanvarın 1-dən Çin vətəndaşları üçün ləğv olunan viza rejimi yenidən qüvvəyə mindi və çinlilərin səfərlərinə qadağa qoyuldu.

 

İranda ilk koronavirus xəstələrinin olması xəbəri yayılan kimi fevralın 24-də rəsmi Yerevan bu ölkə ilə sərhədlərini bağladı.

 

İranla bütün sahələrdə, hətta hərbdə əməkdaşlıq edən Ermənistanda koronavirusla bağlı ciddi problemlər yaşanır. Sadəcə gerçək durum gizlədilir.

 

Maraqlıdır ki, rəsmi Yerevanın təşviş və isterika ilə müşaiyət olunan addımları virusun bu ölkədə yaranmasının qarşısını almadı.

 

Əksinə, Eçmiədzin şəhərində nişan mərasimində iştirak etmək üçün İtaliyadan gələn koronaviruslu qadın vətəndaş 20-dən artıq mərasim iştirakçısını yoluxduraraq pandemiyanın Ermənistanda yayıımasına səbəb oldu.

 

Son məlumatalara görə, bu ölkədə koronavirusa yoluxan vətəndaşların sayı 84 nəfər, karantində saxlanılanların sayı isə 320-yə çatır.

 

Sosial şəbəkələrdə və Hetq.am, Epress.am kimi müstəqil media resurslarında ölkədə real vəziyyətin ağır olduğu, Paşinyan hökumətinin bu faktları ört-basdır etdiyi söylənilir.

 

 

Onlar sübut kimi Nikol Paşinyan və yoldaşı Anna Akopyanın bir neçə gün öncə ailəliklə Göyçə gölü sahilində qonaq evində yerləşmələri, Yerevana virus səbəbilə dönmək istəmədikləri söylənilirdi.

 

Digər tərəfdən, Tavuş və Ararat vilayətlərində hərbi hissələrdə əsgərlər arasında koronavirusun geniş yayıldığı, 500-ə qədər hərbi qulluqçunun bu virusa yoluxması iddia olunur.

 

Bir qrup hərbçinin - Vaaqn Arutunyan, Vaqe Behbudyan, Levon Malsaxyan və Qor Kirakosyan adları mətbuata sızdırılıb.

 

Baş Qərargah rəisi Artak Davtyanın və müdafiə naziri David Tonoyanın əsgərlərdən mobil telefonların müsadirə olunması, valideynlərlə görüşlərin qadağan edilməsi, hərbi qulluqçuların ciddi müayinələrdən keçirilməsi bu ehtimalların – koronavirusun orduda yayılma miqyasının təhlükəli səviyyəyə, ordunun döyüş hazırlığının zəifləməsinə gətirdiyini göstərir.

 

Sadə məntiq Ermənistan hakimiyyətinin ordunun döyüş potensialının azalmasından narahatlıq keçirdiyi üçün məlumatları məxfiləşdirdiyindən xəbər verir.

 

 

Nikol Paşinyan hökumətini diletantlıqda ittiham edənlərdən biri də general-mayor Vitali Balansanyandır. Onun fikrincə, regionda koronavirus Ermənistan qədər heç bir ölkədə kütləvi şəkildə yayılmır. 

 

“Ermənistanda koronavirusun yayılma sürəti MDB ölkələri arasında ilk pillədədir. Hökumət bu sahədə nəyisə doğru etmir”- deyə general deyib.

 

Maraqlıdır ki, artıq “Nork” klinikasında 40 çarpayılıq yeni blok inşa olunması başlanılıb. Bu blokda koronavirus şübhəsi olan pasinetlər yerləşdiriləcək.

 

Yenə adını çəkdiyimiz erməni media qurumlarına istinad etsək, məlum olur ki, Ermənistanda bu virusun sürətlə yayılma səbəbi İranla bütün sahələrdə əməkdaşlıq etməsi olub.

 

Hətta iş o yerə çatıb ki, İranda yaşayan ermənilər koronavirusdan qaçmaq üçün Paşinyan hakimiyyətindən icazə alaraq Azərbaycanın işğal ediılmiş bölgələrində məskunlaşmağa razılıq alıblar. Bu isə İrəvan ermənilərinin ciddi rahatsızlığına gətirib.

 

Hazırda koronavirusun Ermənistanda İran qədər geniş yayıldığı, hətta Ermənistan ordusunda ciddi itkilərə yol açdığı kimi məlumatlat da var.

 

Hətta diplomatik mənbələrdə Ermənitanın koronavirus dövrü üçün sülh təklif etmək planlarının olduğu barədə məlumatlar dolaşır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir