Modern.az

İnformatika üzrə videodərslər hazırlanır

İnformatika üzrə videodərslər hazırlanır

19 Mart 2020, 12:00

Ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması ilə əlaqədar dərslərin onlayn öyrənilməsi məqsədilə informatika fənnindən videodərslər hazırlanır.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində hazırlanan videodərslər Azərbaycan və rus bölmələri olmaqla III-VIII sinifləri əhatə edir. Dərslərdən faydalanmaq istəyən şagirdlər Video Dərslər Portalı “Rəqəmsal bacarıqlar” layihəsinin "Youtube" kanalı və "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi əhatə edir. Hazırda layihə çərçivəsində 70 mindən çox şagird "İnformatika" fənnini yeni formatda öyrənməkdədir.

 

2017-2018-ci tədris ilində tətbiqinə başlanılan layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi