Modern.az

Təhsil nazirindən valideynlərə müraciət- VİDEO  

Təhsil nazirindən valideynlərə müraciət- VİDEO  

19 Mart 2020, 13:54

Təhsil naziri Ceyhun Bayramov  Novruz bayramı münasibətilə həm valideynləri, həm də şagirdləri təbrik edib.

 

Modern.az-ın məlumatına görə, nazir UNESCO-nun məlumatını diqqətə çatdıraraq deyib ki, hazırda dünyanın 100-dən artıq ölkəsində 800 milyondan çox şagird və tələbə təhsildən kənar qalıb:

 

“Bir çox ölkələrdə koronavirus  infeksiyası insanların gündəlik həyatına mənfi təsir edib. Məktəblər və digər təhsil ocaqları bağlanıb. Bu təsir ölkəmizdən də yan keçməyib. Bu səbəbdən bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırılıb. Hər gün məktəbə getməyə vərdiş etmiş uşaqlarımız hazırda evdədirlər”.

 

Ceyhun Bayramov  məsafədən tədrisin təşkili barədə də danışıb:

 

“Lakin biz onların təhsildən geri qalmaması, vaxtlarını səmərəli keçritməsi məqsədilə məsafədən tədrisin təşkili ilə bağlı addım atdıq. Martın 11-dən Mədəniyyət və ARB Günəş kanallarında  “dərs vaxtı” verilişi çərçivəsində teledərslərin yayımına start  verildi. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etdi. Ümidvaram ki, şagirdlərimiz bu fürsətdən istifadə edərək sinif otaqlarında keçməli olduqları dərsləri ev şəritində müəllimlərin məsafədən verdikləri izah və təlimatlara uyğun olaraq dərsliklərdə olan ev tapşırıqlarını yerinə yetirərək tədrisdə yaranan fasilədən sonra sinif otaqlarına hazırlıqlı qayıdacaqlar. Bu işdə onlara siz valideynlər yaxından dəstək olmalı, övladlarınızın ev şəraitində təhsilə vaxt ayırmalarına şərait yaratmalısınız. Əminəm ki,  yaxın zamanlarda bütün işlər öz axarına qayıdacaq və dərs prosesi bərpa olunacaq”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir