Modern.az

Elmlər doktoru olmağa hazırlaşan komitə sədri: özəl gün - FOTOLAR

Elmlər doktoru olmağa hazırlaşan komitə sədri: özəl gün - FOTOLAR

Mədəni̇yyət

20 Mart 2020, 13:13

20 mart tarixi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova üçün özəl gündür. Komitə sədri doğum gününü qeyd edir.

Modern.az-ın məlumatına görə, B.Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub.

1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye     Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini və 2000-ci ildə isə “Azərbaycan” Universitetinin hüquq fakultəsini bitirib.

1981-ci ilin may ayından Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayan Bahar Muradova 1989-1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-1993-cü illərdə “Qayğı” Cəmiyyətinin Yasamal rayon təşkilatının məsul katibi, 1993-1995-ci illərdə isə Yasamal Rayon İcra Hakimiyyətində təlimatçı vəzifəsində işləyib.

1995-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsində referent vəzifəsinə təyin olunmuş və burada 2000-ci ilin fevral ayınadək çalışıb.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-2009-cu illərdə YAP Qadınlar Şurası sədrinin müavini olub. 1999-cu ildə keçirilən Yeni Azərbaycan Partiyasının I qurultayında Siyasi Şuranın və İdarə Heyətinin üzvü, 1999-2005-ci illərdə YAP icra katibinin müavini olub.

2013-cü ildən YAP Beynəlxalq Əlaqələr komissiyasının sədri olub. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

2005-ci ildən 2019-cu ilədək Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini olub, 2015-ci ildən 2019-cu ilədək Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri vəzifəsini icra edib.

2005-ci ildən 2019-cu ilədək ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, 2008-ci ildən 2019-cu ilədək Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olub.

2006-cı ildən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının, 2015-ci ildən isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.

12.03.2020-ci il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

 “Şöhrət” ordeni, Milli Məclisin Fəxri və Parlament medalları ilə təltif olunub. Bir sıra yerli və beynəlxalq mükafatların laureatıdır.

2009-cu ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi institutlar və sistemlər” ixtisası üzrə “Azərbaycan Respublikası Milli Məclisinin xarici-siyasi əlaqələri: İkitərəfli və çoxtərəfli əməkdaşlıq” mövzusunda elmlər doktoru proqramı üzrə dissertantdır.

Ailəlidir, Nigar adlı bir qızı var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?