Modern.az

\"Yazırlar ki, koronavirusa şeir həsr etmişəm\" - Elza Seyidcahan  

\

23 Mart 2020, 19:07

“Koronavirusla bağlı şeir yazmağım haqqında deyilənlər yalandır”.

 

Bunu Modern.az-a sosial şəbəkələrdə koronavirusa şeir yazdığı barədə iddialara münasibət bildirərkən müğənni Elza Seyidcahan deyib. O qeyd edib ki, virusa həsr olunan heç bir şeiri yoxdur:

“Sosial şəbəkələrdə həmişə mənim adımdan şeirlər paylaşırlar. Bununla bağlı polisə şikayət etmişəm. Həmin şəxslər cəzalandırılacaq. Koronavirusla bağlı mənim adımdan  paylaşılan şeirlər də mənə qarşı atılmış növbəti addımdır. Koronavirusa heç bir şeir yazmamışam. İnsanlara belə yalan paylaşımlara inanmamağı məsləhət görürəm. Mən özüm yazdığım bütün şeirləri profilimdə paylaşıram”.  

Elza Seyidcahan insanlara qadağalara riayət etməyi, virusdan qorunmağı tövsiyə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir