Modern.az

Epidemeya zamanı yaşlı insanlarla necə davranmalı?

Epidemeya zamanı yaşlı insanlarla necə davranmalı?

24 Mart 2020, 17:10

Yaşlı adama bu həqiqətləri  demək mümkün deyil:

-         Bu çox təhlükəlidir, xüsusu ilə də sənin yaşında;

-         Aparatlar azdır və yaşlılarda müalicə şansı aşağıdır;

-         Əgər bu diaqnozla xəstəxənaya düşsən, sənə baş çəkməyə heç kimi qoymayacaqlar!

 

Ötən əsrin təzadlı yazıçılarından olan Lui Selinin əsərlərində güllə yağışı altında, başını əymədən gedən qorxusuz general obrazı var. Yazıçı deyir ki, çox vaxt cəsarət - təsəvvür çatışmazlığından yaranır. Yəni, cəsur öz ölümünü təsəvvür edə bilmir. Bəzi yaşlı insanlarda olan biganəlik bir az belə təsəvvürsüzlükdən qaynaqlanır.

Gənc və orta nəsil koronavirusun təhlükəli olduğuna gec də olsa inanmağa başladılar. Tam olmasa da. 60+ yaşlıları evdən çlxmamağa inandırmaq daha çətindir.

“4 divar arasında” qalmaq istəmirlər. Onları anlamaq lazımdır. Psixoloqlar deyir ki,  aqressiv davranış olmaz! Bu təvşişi artırar və vəziyyəti pisləşdirər. Virtual məkanda, televiziyada yaşlı adamlar üçün xüsusi sosial çarxlar  hazırlanmalıdır.

Ziddiyətli görsənə bilər, hətta hər şeyə etiraz edən gənci inandırmaq, yaşlı adamı inandırmaqdan asandır. Onların yoluxmasının həm özləri, həm də cəmiyyət üçün ağır epidemik xarakteri “sübut etmək” çox çətindir. Başqalarına zərər vermək arqumenti,  “Siz risk qrupundasınız” sözünü  elə demək lazımdır ki, incik düşməsin. “Hə, ta mən təhlükə yaradıram” deməsin.

Yaşlı adamların sosial əlaqələri azdır. Evdən çıxmaq istəyinin əsl səbəbi qonşuyla, satıcıyla danışmaq ola bilər. Yəni, kommunaksiya ehtiyacının ödənilməsi.

-         Yaşlı ailə üzvləriylə tez-tez telefonla danışın. Dəstək olun.

-         Karantinə əməl etdiyinə görə tərifləyin.

-         Qorxutmamaq şərtiylə, məlumatlandırın. Yeni informasiyalar verin.

-         Suallarını cavablandırın. Gigiyena qaydalarını xatırladın. Xəstəliyin əlamətləri barədə onlara danışın. 

-         Gündə ən azı bir dəfə istiliyinin ölçülməsini təmin edin.

-         İmmuniteti gücləndirən qidalar qəbul etməsini, təmiz havada olmasını təmin edin.

-         Vaxt keçirmələrinə kömək edin. Uzaqda olan qohum və ya dostuyla virtual əlaqə yaradın. 

-         Və ən əsası onu çox sevdiyinizi və sağlam olmasını çox istədyinizi söyləyin. Onlara lazımlı olduqlarını hiss etdirin!

Təəssüf ki, yaşlı insanı razı salmaq çox vaxt faydasız olur. İnertiya ilə, mövcud vəziyyəti  ömrü boyu gördükləriylə  müqayisə edirlər. Anlamaq çətindir ki, belə vəziyyət İLK DƏFƏ baş verir! Heç bir mübarizə təcrübəsi yoxdur.

Yazını hazırladığım zaman atamdan zəng gəldi. Dayımgilə getmək istədiyini bildirdi. “Yox”  sözünü necə deyəcəyimi bilmirəm: - Darıxma, indi vaxtım yoxdur, birazdan zəng edim, danışaq – deyirəm. Sizin kimi mənim də təcrübəm hələ formalaşmayıb. Yəqin ki, çıxış yolum, dayımgilə gedib, ondan dədəmə - “Gəlməyin məsləhət deyil”, sözünü deməyi xahiş etməyim olcaq.

İndi sual həyat və ölümlə bağlıdır. Bəlanın nədən başladığıı, biloji silah olub-olmadığı  sonra dəqiq bilinəcəkdir. Bu haqda fikirləşmək belə istəmirəm: “Ya zəlzələdən, ya vəlvələdən ”. Hazırda əsas məsələ ondan uzaq durmadır, “bulaşmamaqdır”. 

Mövcud pandemiya zamanı əsas risk qrupu yaşlılardır.

 İnsan 25 yaşından sonra qocalmağa başlayır. Fiziki tərəfdən qocalıq dedikdə, xronoloji yaşla əlaqədar şəxsin fiziki

görkəmində  mövcud  olan  dəyişikliklər  nəzərdə  tutulur.  Ümumdünya

Səhiyyə Təşkilatı 1963-cü ildə yaşlılıq dövrünün xronoloji baxımdan üç

mərhələdə inkişaf etdiyini bildirmişdir. Bu bölgüyə görə 60 yaşdan yuxarı

şəxslər ahıl hesab edilir.

  1. 65-74 yaş “İlk yaşlılıq”
  2. 75-84 yaş “Orta yaşlılıq”
  3. 85+ “Son yaşlılıq”

Gerontologiya təcrübəsində  90 yaşdan yuxarı uzunömürlü adlandırılır.  60 yaşdan yuxarı, xüsusən 70 və 80 yaş arasında olanlara koronavirus infeksiyasının səbəb olduğu  ölüm digər yaş qruplarına nisbətən bir neçə dəfə çoxdur. Buna görə yaşlı insanlarda özünü təcridetmə rejiminə riayət etmək xüsusilə vacibdir.

Bizim köməyimizlə... Axı, ingilislər deyir ki, o şeyi özünüz edə bilərsiniz, onu Allahın və dövlətin ümidinə qoymayın!

Ümumiyyətlə, 65yaşdan yuxarı insana  xoşbəxtlik gətirən üç əsas  amil  var: sağlam olmaq, yaxınlarıyla olmaq, dinc olmaq.

Həyatımızı borclu olduğumuz insanların həyatları qoruyaq!

Şöhrət  Eyvazov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır