Modern.az

Tural Gəncəliyev Qarabağ ermənilərini gigiyena qaydalarına əməl etməyə ÇAĞIRDI

Tural Gəncəliyev Qarabağ ermənilərini gigiyena qaydalarına əməl etməyə ÇAĞIRDI

25 Mart 2020, 14:49

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, 122 saylı Xankəndi seçki dairəsinin deputatı Tural Gəncəliyev erməni icmasına çağırış edib.

 

Bu barədə Modern.az-a açıqlamasında deputat özü bildirib.

 

İcma rəhbəri Dağlıq Qarabağda koronavirus epidemiyasının yayılmasından narahat olduğunu deyib:

 

"Son günlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri seçkili nümayəndə kimi mənə müraciət edərək (təhlükəsizlik baxımından onların adlarını açıqlaya bilmirəm) Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmaniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verərək Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Mən seçkili nümayəndə olaraq Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun erməni icmasına koronavirusdan müdafiə olunmaq üçün fərdi gigiyena qaydalarına, özünütəcrid, sosial məsafə kimi tədbirlərə ciddi surətdə riayət etməyə çağırıram. Əminəm ki, Ermənistanın işğalı başa çatdıqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və hər iki icma müasir standartlara cavab verən tibb sisteminin imkanlarından bəhrələnəcəklər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi