Modern.az

Fransadakı Azərbaycan diasporunun rəhbəri koronavirusa yoluxub

Fransadakı Azərbaycan diasporunun rəhbəri koronavirusa yoluxub

26 Mart 2020, 21:42

Fransadakı Azərbaycanın Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın koronavirusa yoluxduğu barədə məlumat yayılıb.

Modern.az xəbər verir ki, bu barədə Fransada yaşayan azərbaycanlılar sosial şəbəkədə bildiriblər.

Məlumata görə, M.Fətəliyeva bir neçə gün əvvəl Paris ətrafındakı xəstəxanada yoxlamadan keçib. Onun verdiyi testin nəticəsi müsbət çıxıb.

Hazırda M.Fətəliyevanın səhhətinin normal olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi