Modern.az

Karantin tətbiq edilməsinə ehtiyac olmayacaq - Tramp

Karantin tətbiq edilməsinə ehtiyac olmayacaq - Tramp

29 Mart 2020, 09:26

Nyu-York ştatında, Nyu-Cersi və Konnektikut ştatlarının qonşu rayonlarında karantin rejimi tətbiq edilməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün tvitter səhifəsində yazıb.

 

Prezidentin sözlərinə görə, karantin rejiminin əvəzinə federal səlahiyyətlilər bu bölgələrin sakinlərini hərəkətlərini ciddi şəkildə məhdudlaşdırmağa çağıracaqlar, ancaq rəsmi qadağa olmayacaq.

 

"Ağ Evin koronavirusla mübarizə üzrə mütəxəssislər qrupunun tövsiyəsinə əsasən və Nyu-York, Nyu-Cersi, Konnektikutun qubernatorları ilə məsləhətləşmələrdən sonra mən Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən hərəkətin ciddi şəkildə məhdudlaşdırılması ilə bağlı tövsiyələrin dərc edilməsini istədim. Karantinin tətbiq edilməsinə ehtiyac olmayacaq", - deyə D.Tramp yazıb.

 

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 123,578 nəfərə çatıb, onlardan 2,221 nəfəri vəfat edib.

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir