Modern.az

ABŞ-dan Çinə qarşı 20 trilyonluq bioloji silah ittihamı

ABŞ-dan Çinə qarşı 20 trilyonluq bioloji silah ittihamı

Dünya

29 Mart 2020, 23:31

ABŞ Çin səlahiyyətlilərinə qarşı koronavirusun yayılması ilə əlaqədar 20 trilyon dollarlıq iddia qaldırır.

 

Modern.az  xəbər verir ki, bu məlumatı “Biznes Tudey” nəşri yayıb.

 

Məlumata görə, amerikalı hüquqşünas Lerri Kleymənin vəkillik xidmətləri təqdim edən “Fridom Voç” şirkəti və onun vəkilliyini etdiyi Texasın “Bazz Fotos” qrupu Çin hökuməti, Çin ordusu, Uhan Virusoloji İnstitutu, Uhan Virusoloji İnstitutunun direktoru Şi Zengli və Çin ordusunun general-mayoru Çen Veyə qarşı məhkəmə davası açıb.



İddiaçılar koronavirus infeksiyasının Çin səlahiyyətliləri tərəfindən hazırlanmış bioloji silah olduğunu iddia edərək, sözügedən cavabdehlərə Çinin ümumi daxili məhsulundan daha çox - 20 trilyon dollarlıq təzminat tələbi qoyub. Onlar Çini dünya vətəndaşlarının ölümünə vasitəçi olmaqda, terrorçulara maddi dəstək verməkdə, ABŞ vətəndaşlarının yaralanmasına və ölümünə səbəb olan sui-qəsd hazırlamaqda və səhlənkarlıqda ittiham edib.


İddiaçılar virusun Uhan Virusologiya İnstitutundan yayıldığını iddia edirlər və bildirirlər ki, COVID-19 virusu Çin tərəfindən dünya əhalisini kütləvi şəkildə öldürmək üçün hazırlanıb. İddiaçı tərəf bioloji silahların 1925-ci ildən qadağan edildiyini xatırladaraq, belə bir bioloji silahın hazırlanmasını terrorla birbaşa əlaqəsi olan kütləvi qırğın silahı adlandırıb.


İddiaçılar müxtəlif media hesabatlarına əsasən bildiriblər ki, Uhanda yeni növ koronavirusu saxlayacaq sadəcə bir mikrobiologiya laboratoriyası var.

Kleymən və iddiaçılar, həmçinin koronavirus haqqında danışan və "beynəlxalq aləmdə həyəcan siqnalını qaldıran" Çin həkimləri və tədqiqatçılarının susdurulduğunu da iddia ediblər. Onlar əlavə ediblər ki, bu, general-mayor Çenin özünə və komandasının altı üzvünə hələ sınaqdan keçirilməmiş bir peyvəndi vurduqdan sonra meydana gələn bir virusdur.

Şikayətçilər bütün müttəhimlərin beynəlxalq terrorizmi davam etdirmək üçün birlikdə çalışdıqlarını iddia edib.

Koronavirusun Çində daha asta sürətlə yayıldığı da ittihamda qeyd edilib və Çinin ABŞ kimi düşmən qəbul edilən bir və ya bir neçə ölkənin əhalisinə qarşı istifadə edilmək üçün bu virusun xüsusi hazırlandığı bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır