Modern.az

“KORONAVİRUS”: jurnalist araşdırması nə GÖSTƏRDİ?

“KORONAVİRUS”: jurnalist araşdırması nə GÖSTƏRDİ?

30 Mart 2020, 10:43

Dünyanı lərzəyə salan "koronavirus" uydurmadı, yoxsa həqiqət? Bu suala cavab axtaran çoxsaylı jurnalistlərdən birinin - "Bloqer danserq" saytının sahibinin dünən efir məkanına çıxartdığı xəbər mənim mülahizələrimi təsdiq etdi.

Obyektivliyinə şübhə etmədiyim bloqer çox sadə bir araşdırma aparıb. O, "koronavirusun" ən çox qurban aldığı İtaliyada ötən il ölənlərin sayını günlərə bölərək, orta gündəlik ölənlərin sayını müəyyən edib. Eyni qayda ilə bu ilin 3 ayında ölənlərin orta gündəlik sayını tapıb. Və çox təəccüblü bir nəticə alınıb. Statistika şahidlik edir ki, "koronavirusun" tüğyan etdiyi bu 3 ayda ölənlərin orta gündəlik sayı keçən ildəkindən... Diqqət! 3 nəfər azdır.

Jurnalisti fikir götürüb: axı epidemiya baş verdiyi halda ölənlərin sayı 4-5 qat çox olmalı idi!!!

Bu fakt nəyə dəlalət edir?

Sağlamlıq məsələləri ilə dərindən məşqul olan, mikrobların dağıdıcı fəaliyyətini 30 il öz cismində müşahidə edən yazıçı-jurnalist kimi, bu qənaətə gəlmişəm ki, "koronavirus" da, "quş qripi", "donuz qripi" və digər epidemiyalar kimi, dələduz işbazların, çox pul qazanmaq naminə, bəşəriyyətə qarşı törətdiyi bioloji təcavüzdür. Tam əminəm ki, immun sistemi güclü olan adam üçün heç bir epidemiya qorxulu deyil.

Növbəti virusun məhz yazın ilk ayında yayılmasının da elmi əsası var. Məlum olduğu kimi, payız və qış aylarında qidalarda vitaminlər və digər faydalı elementlər, eləcə də insanın əsas enerji mənbəi olan Günəş işığı xeyli azalır. Belə bir mühitdə ətrafımızdakı və içimizdəki mikroblar xeyli fəallaşır, qeyri-sağlam həyat tərzi keçirən insanların immun sistemini bir az da zəyiflədir. Xəstəliklər artır, xəstələr daha da zəyifləyir, ağır xəstələrin halı tamam pisləşir. Ona görə də qışın son və yazın ilk ayında ölənlərin sayı xeyli çox olur. Təsadüfi deyil ki, el arasında deyirlər: "Mart girdi - dərd girdi".

Tam qətiyyətlə deyirəm: sağlam həyat tərzi keçirən, immun sistemi güclü olan adam üçün heç bir virus qorxulu deyil!!! Virusdan qorxmayın! Çoxlu çiy su için, pulu ətə-yağa, çörəyə, şəkərə, konfetə, şokalada, çaya, torta, papirosa, içkiyə, deyil, meyvələrə, tərəvəzə, göyərtiyə, tumlara verin. Açıq havada çox gəzin, hər gün çimin, bədən tərbiyəsi ilə həvəslə məşqul olun. Bizi qorxudub pulumuzu əlimizdən alan dələduzlara qarşı sağlam həyat tərzi ilə mübarizə aparın!!!

Nənələrimiz deyərdilər: "Yaman günün ömrü az olur. Mart çıxdı - dərd çıxdı". Tezliklə yaz  Günəşi mikrobları yandırıb-yaxacaq və bədənimizə güclü enerji daşıyacaq.


Ərşad ƏZİMZADƏ,
yaxşı adamları sağlam görmək istəyən
yazıçı-jurnalist, loğman

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi