Modern.az

Biz bu virusu hərbi hissələrə daşıya bilmərik - Ziyafət Əsgərov

Biz bu virusu hərbi hissələrə daşıya bilmərik - Ziyafət Əsgərov

30 Mart 2020, 11:24

“Bu virus milli təhlükəsizlik və millətin genefondu məsələsidir. Bu firusu bəşəriyyətə qarşı müharibə elan edirəım. Artıq dünyanın bütün dövlətlərində bu virus var. Bu virusu proqnozlaşdırmaq mümkün deyil”.

 

Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

 

Komitə sədri artıq bir çox dövlətlərin bu virusa qarşı mübarizəyə başladıqlarını bildirib:

 

“Ölkəmizdə ildə 4 dəfə hərbi çağırış olur. Hazırkı vəziyyət belədir ki, apreldə olan çağırış mayın 30-qədər uzadılır. Bu da yerində verilmiş qərardır. Biz bu virusu hərbi hissələrə daşıya bilmərik. Əgər bu virus hərbi hissələrə keçsə bunun qarşını ala bilmərik”.

 

Ziyafət Əsgərov koronavirusla mübarizədə dəmir intizamın mövcudluğunu da gündəmə gətirib:

 

“Bir məsələni də qeyd etmək istəyirəm. Çində bu virus yarananda dəmir intizam tətbiq olunmağa başladı. Avropada isə bu məsələyə laqeyd yanaşıldı. Çünki Fransa İngiltərə İtaliya kimi ölkələrdə komfort həyat tərzi mövcuddur. Ona görə də Avropa bu gün virusla üz-üzə qalıb. Hesab edirəm ki, bütün bəşəriyyət birləşməlidir. Biz iki virusa qarşı mübarizə aparırıq. Həm ermənilərə həm də covid-19-a qarşı. Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər. Düşünürəm ki, dəmir nizam-intizam olmasvəziyyətimiz pis olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir