Modern.az

Deputatlar iclasa maskada gəliblər

Deputatlar iclasa maskada gəliblər

30 Mart 2020, 11:26

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, iclasa qatılan deputatlar öncədən də deyildiyi kimi, ara məsafəsi ilə tək-tək oturublar. Həmçinin iclasda maskalardan istifadə edən deputatlar da var.

 

Qeyd edək ki, deputatların maskalardan istifadə edilməsi məsələsində sərbəstdir. Ona görə də maska taxan və taxmayan deputatlar iclasda əyləşib. Məlumat üçün bildirək ki, yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir