Modern.az

SOCAR-dan benzin AÇIQLAMASI

SOCAR-dan benzin AÇIQLAMASI

30 Mart 2020, 12:07

Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. Bu barədə SOCAR-dan Modern.az-a verilən məlumatda bildirilib.
 

Qeyd edilib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir:

“Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur”.

SOCAR vətəndaşları təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü