Modern.az

«QİÇS haqqında» Qanun dəyişdiriləcək

«QİÇS haqqında» Qanun dəyişdiriləcək

10 Sentyabr 2009, 18:11

Bu gün Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası çərçivəsində Sosial siyasət komitəsinin ilk iclası keçirilib. Komitənin sədri Hadi Rəcəbli parlamentin sonuncu yaz və növbədənkənar sessiyalarının işini əhəmiyyətli hesab edib.
H.Rəcəbli rəhbərlik etdiyi komitənin gündəliyində olan qanun layihələrindən söz açıb. O, qeyd edib ki, hazərda komitənin mətbəxində «Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında», «Tütün və tütün məmulatlarından istifadənin məhududlaşdırılması haqqında», «Mərasimlər haqqında», «Sosial xidmət haqqında» qanun layihələri  və digər qanunvericilik aktları var: «Bəzi qanun layihələri də var ki, biz hələlik onların adını açıqlamaq istəmirik. Vaxtı gələndə həmin layihələr təkmil şəkildə deputatların və ictimaiyyətin müzakirəsinə təqdim olunacaq. Payız sessiyası çərçivəsində komitəmizin qanunvericilik işləri planında olan bir sıra digər qanun layihələri də var. Məsələn, 1996-cı ilə qəbul olunmuş «QİÇS haqqında» Qanunun üzərində yenidən işlənilməsi nəzərdə tutulur. Oəmin qanun dövrün tələblərinə tam cavab vermir. Ona görə də həmin qanunun yenidən işlənilməsi məqsədəuyğun sayılır və bu işlə komitəmizin sədr müavini Musa Quliyev məşğul olur. Eyni zamanda, yuxarıda adını qeyd etdiyim «Sosial xidmət haqqında» qanun layihəsinin hazırlanması üzərində işlər gedir. Ancaq son zamanlar belə bir fikrə gəlinib ki, bu yöndə ayrıca sahəvi qanun hazırlamaqdansa, Sosial Xidmət Məcəlləsinin hazırlanması daha məqsədəuyğundur. Çox güman ki, yaxın zamanlarda bununla bağlı müvafiq sənəd parlamentin Sosial qanunvericilik şöbəsinə daxil olacaq”.
H.Rəcəbli deyib ki, neçə müddətdən bəri monitorinqi aparılan Ailə Məcəlləsinə təxminən yüzə yaxın əlavələr və dəyişikliklər edilməsiylə bağlı təkliflər verilib. “Biz çalışacağıq ki, heç olmasa yüz dəyişiklik edilməsə də, Ali Məclləsinə bir neçə vacib dəyişikliklər edək və ona parlamentin müzakirəsinə çıxaraq. Eyni zamanda Əmək Məcəlləsinə növbəti dəyişikliklərin edilməsi gözlənilir”.
H.Rəcəblinin sözlərinə görə, şəhid adının əbədiləşdirilməsi ilə bağlı qanunvericilik aktının yeniləşdirilməsi məsələsi xüsusilə komitə üzvlərinin razılığına səbəb olub. Müzakirələrdən sonra millət vəkilləri komitənin 2009-cu il payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericlik işləri planını təsdiqləyiblər.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir