Modern.az

İnterneti olmayan tələbələrlə bağlı addım atılacaq - Cəsarət Valehov

İnterneti olmayan tələbələrlə bağlı addım atılacaq - Cəsarət Valehov

30 Mart 2020, 14:38

“Universitetlərə onlayn dərslərin keçirilməsi Təhsil Nazirliyi tərəfindən tövsiyə edilib”.

 

Bunu Modern.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O, universitetlərə işin texnolji tərəfinin də necə qurulması ilə bağlı məlumat verildiyini deyib:

 

“Karantin müddətində universitetlərdə onlayn dərslərin keçirilməsi doğru addımdır. Universitetlərə bildirilib ki, bu dərsləri hansı proqramlarla keçmək daha əlverişli olar”.

 

C.Valehov deyib ki, internet imkanı məhdud olan tələbələrlə bağlı isə uyğun addım atılacaq:

 

“Tələbələrin internetə əlçatanlığı müzakirə olunduqdan sonra onlayn dərslərin təşkili mexanizmi ona uyğun qurulacaq. Universitetin elektron saytında onlayn dərslər mütəmadi olaraq yerləşdiriləcək və tələbə istədiyi vaxt dərsləri ordan izləyə biləcək”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir