Modern.az

Qeyri-verbal ünsiyyət - əllərimiz nə deyir? - FOTOLAR+MARAQLI

Qeyri-verbal ünsiyyət - əllərimiz nə deyir? - FOTOLAR+MARAQLI

21 Aprel 2012, 12:10

İnsanlar arasında ünsiyyət vasitəsi yalnız dil deyil... İnsanlar ünsiyyət zamanı qarşı tərəfə informasiyanın 20 faizini sözlə, qalan 80 fazini isə bədən dili vasitəsi ilə çatdırırlar. Bədən dili dedikdə ünsiyyət prosesində jest, mimika və  pozalar nəzərdə tutulur. Lakin bununla belə əksər hallarda qeyri-verbal ünsiyyət (bədən dili) kadr arxasında  diqqətdən kənar qalır. Modern.az-ın əməkdaşları bir sıra bədən dili nümunələri əsasında psixoloq Narınc Rüstəmovadan münasibət öyrəniblər.

Psixologiya və Konsultasiya Mərkəzinin Rəhbəri N.Rüstəmova:

I Əllər qarına sıxılaraq baş barmaqlar birləşmiş, digər dörd barmaq isə aşağıya baxır.


Bu özünə əmin olmayan duruşdur. İnsan bədənində qarın bölgəsi, qol altları və kürəyin arxası müdafiə sistemi olaraq qorunma hissəsidir. Yəni insan narahat olanda bu üç hissəni örtməyə başlayır. Bu şəkildəki nümunədə insan əli qarın bölgəsində dayanıb. İnsan narahatdır: ya verilən suala cavab verməkdə çətinlik çəkir, ya sıxılır, ya da kontakt qurmaqda çətinlik çəkir. Başbarmaqların ucunun birləşdirilməsi aqressivliyin əlamətidir. Bu şəxslə kontakt qursan aqressiv münasibət göstərərək özün müdafiə edəcək.  Ya deyilən bir söz xətrinə dəymiş ola bilər, ya da danışılan mövzu haqqında məlumatı olmaya bilər. Bu qeyri- verbal siqnalın mənası budur.

II Əllər bir-birinin üzərinə qoyulmuş vəziyyətdədir.

 

Bu ikitərəfli qapalı duruşdur. Burada iki əl qarının üsütnə qoyulub. Bu müdafiə mexanizmidir və üstəgəl bu şəkildə barmaqların ucları birləşməyib. Yəni aqressiv reaksiya verməyəcək. Həmin insan özünü müdafiə edir və bununla bərabər qorxur. Bu duruş formasında aqressiv yox, daha çox utancaq fikir siqnalların qarşı tərəfə ötürür.

III Qarın bölgəsində barmaqlar bir-birinin arasındadır.


Bu mövzuya hakimlik mənasını göstərir. Bu duruşda olan insan əlin qarın üstündə özünü qoruyur və söhbətə hakimdir. O, burada hər bir suala rahat olaraq fikir bildirə bilər. Mən bilirəm və bu söhbətdən məlumatı var. Barmaqların çarpazlaşması isə daha çox özünəminliyi və idarəni göstərir.

IV Əlin birin cibində, digəri isə saçda.

 

Burada saç tutmaq narahatçılığı göstərir. Bu duruşla şüuraltı siqnal ötürür ki, mən kişiyəm və kişi olduğunu ortaya qoyur. Bu, qadınlar da kişilərin yanında olarkən baş verir. Onlar da əlin cibinə qoyur. Amma bu söhbətdə narahatdır və daha çox utancaqdır. Saçın qaşıyır, tutur, dartır, saçlarını qulağının arxasına verir. Bunlar hamısı utancaqlıq və narahatçılıq siqnallarını ötürür. Əlin birinin cibində olması isə qadının yanında durarkən baş verir. Bu cinsəl bir çağırışdır.

V İki əlin beldə olması.

 

Burada əllərin belə qoyulması, ayaqlar açıq forması ya avtoritar kişilərdə, ya da qadınlarda olur. Əllərin beldə olması dominantlığı göstərir. Orada söhbət gedirsə, həmin adam söhbəti idarə edir. Və yaxud kənarda belə bir adam durubsa, o istəyir ki, bu işlərin hər birində idarəçi olsun. Bu adam işdə, şəxsi həyat və hər bir halda idarəçiliyi sevir.

VI Hər iki əl yanında

 

Bu daha çox bezmə və yorğunluq siqnallarını qarşı tərəfə çatdırır. Burada əl və ayaq barmaqların ucuna baxmaq lazımdır. Əgər ayaqqabının uc hissəsi həmin adama doğru ünvanlanıbsa, demək həmin adam narahatdır, lakin söhbətə davam etmək istəyir. Əgər ayaqqabıları ucun həmin adama yox kənara yönləndirilibsə, deməli söhbətdən kənardı və getmək istəyir. Bu sıxılmış bir insanın duruşudur.

VII Barmqaların tutulması və başbarmaqlarında digər əlin üzərində olması.

 

Diqqət etsək burada əllər qarın üzərindədir və müdafiə mexanizmidir. Burada daha çox narahatçılıq və təlaş var. Barmaqları tutma, şıqqıldatma və səsçıxartma-bunlar hamısı təlaş, narahat olma, tələsmək əlaməti sayılır. Ola bilər həmin adamın nə isə işi var, kimisə tutub söz demək istəyir. Onun hardasa başqa yerdə işi var. Bu harasa tələsmə siqnallarını ötürür.

VIII Burada əl çarpazlaşmış formada, bir əl altda bir əl üstədir.


Bu vəziyyət daha çox güclü aqressiyanı göstərir. Bir əl qolun altına keçirsə, bu aqressivdi. Əlini yumruq formasında saxlayıbsa, artıq aqressiyanı tökməyə hazırdır. Bir az təkan versəniz aqressiyasını sizə yönəldə bilər. Bu sözlə, həmçinin fiziki də ola bilər. Yumruq formasında deyilsə, yenə aqressiya var, ancaq sizə yönləndirməyəcək. Sizinlə söhbət edəcək və gedib evdə əsəbləşəcək. Buna aqressiyasını saxlama və gizləmə deyilir. Bu həmçinin özünə qapanma deməkdir. Sizin dediyiniz onun xoşuna gəlməyib və onu əsəbləşdirib.

IX İki qolun tutulması


Ümumiyyətlə iki qolun tutulması stress, narahatçılığ və yorğunluq. İnsan üç hissədə-qarında, arxada və qolaltında narahat olarkən bu vəziyyəti almağa başlayır. Burada hər iki qol tutulub və sıxılmış formadadır. Söhbət vaxtı narahatçılıq keçirir və o zaman başlayır qolların sürtür, qollarını oxşaya-oxşaya danışır. Bunlar hamısı narahatçılığın göstəricisidir.

X İki barmaq cibə taxılmış, qalan dörd barmaq isə cinsi orqan ətrafında yönləndirilib.


Buna bir cinsəl çağırış deyilir. Xüsusən kişilər bəyəndiyi qadınların qarşısında belə dururlar. Burada şüuraltı siqnal ötürür ki,mən kişiyəm. Burada daha çox cinsəlliyini ortaya qoyur. Bu siqnal daha çox seksual siqnala aid edlilir ki, xüsusən kişilər qadınları bəyənəndə əllərini bu formada qoyurlar.

XI Bütün əllər cibə keçirilmiş formadadır.

 

Bütün barmaqların cibə qoyulması da cinsəl çağırışrdır, lakin utancaq. Yəni adam qarşı tərəfi birbaşa bəyənsə də, çox utanır və çəkinir. Əvvəlki şəkildə utanmadan açıq-aşkar bəyəndiyini biruzə versə də, bu şəkildə daha çox utanır, amma bəyəndiyin də bildirir.

XII Adam əllərin arxasına qoyub, belini tutub.

 

Buna Hitler duruşu deyilir. Burada bir  nüansa fikir vermək lazımdır. Əllərin arxada belinə qoyub aşağıya doğru sallayıb, yoxsa əllərini belində tutub. İkinci haldırsa, bu, Hitler duruşu sayılır ki, hakimiyyət, güc mənalarını ehtiva edir. Hitlerin belə bir şəkili də var ki, Hitler əlləri arxasında diktə edərək məktub yazdırır.  Bu təzyiq siqnalı olaraq hakimiyyəti simvolizə edir. Öz böyüklüyünü göstərmək üçün bu işlək siqnaldır.  Mən ağıllıyam, mən güclüyəm, mən hər şeyə bələdəm deməkdir.

XIII Əllər qarın nahiyyəsində çarpazlaşaraq bir əli ilə biləkdən tutub.

 

Bu duruş qadınlarda cinsəl çağırışdır. Qadınlar biləyin tutaraq əks cinsə göstərirsə, bu zaman qadın olduğun diqqətə çatdırır. Biz bunu birdə “Mavi”lərdə müşahidə edirik. Lakin istisna hallar da var. Kişilər əllərin biləkdən tutarsa, deməli narahatdır, sanki biləyindən asılqan kimi istifadə edir.

XIV Bir əl qatlanıb arxaya doğru, bir əl qabaqdadır.

 

Bu yarıqapalı duruş adlanır. 12-ci şəkildən fərqli olaraq burada hakimiyyət məzmunu yoxdur. Bu daha çox müdafiə mexanizmidir. İnsan adət etmədiyi bir yerdə olarkən, məsələn qonaq gedəndə oturanda bir əlin oturacağı yerə yönəldir və yerin rahatlayır. Sanki stol altından qaçacaq. Amma evdə olanda belə etmir. Çünki evdəki hər bir əşyaya bələddir. İnsan sıxıldığı yerdə bu müdafiə üsulundan istifadə edir.

 

Elçin AĞAYEV  
Anar KƏLBİYEV

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?