Modern.az

Daha bir Avropa ölkəsi virusa yoluxma sayına görə Çini geridə qoydu

Daha bir Avropa ölkəsi virusa yoluxma sayına görə Çini geridə qoydu

30 Mart 2020, 16:08

İspaniya yeni növ koronavirusa yoluxma sayına görə Çini geridə qoyub.

 

Modern.az xəbər verir ki, martın 30-da bu saata kimi İspaniyada 5,085 nəfərdə COVİD-19 aşkarlanıb, 537 nəfər həyatını itirib.

 

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 85,195 nəfərə çatıb. Ölənlərin sayı isə 7,340-a yüksəlib.

 

Beləliklə, yoluxma sayına görə İspaniya Çini geridə qoyaraq dünya üzrə üçüncü pillədə qərarlaşıb. Həyatını itirənlərin sayına görə isə İtaliyadan geri qalır.

 

Qeyd edək ki, Çində sözügedən virusa yoluxanların ümumi sayı 81,470, ölü sayı isə 3,304 nəfərdir.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi