Modern.az

Koronavirus hamilə qadın və bətnindəki körpəni öldürdü

Koronavirus hamilə qadın və bətnindəki körpəni öldürdü

Dünya

30 Mart 2020, 17:20

Koronavirus İspaniyada hamilə qadını və onun bətnindəki körpəni öldürüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, xroniki xəstəliklərdən əziyyət çəkən 37 yaşlı Korunya şəhər sakini yüksək qızdırma ilə xəstəxanaya çatdırılıb. Koronavirus testi müsbət çıxan hamilə qadın ölüb. Həkimlər qeysəriyyə əməliyyatı keçirsə də, körpənin həyatını da xilas etmək mümkün olmayıb.

 

Xatırladaq ki, İspaniyada koronavirusa 85 195 nəfər yoluxub. Bu göstərici ilə İspaniya ABŞ və İtaliyadan sonra virusun ən çox yoluxduğu ölkə sayılır. Koronavirus 7340 ölkə sakinini həyatına son qoyub.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı