Modern.az

Bu gün İstanbulda azərbaycanlı canlı konsert verəcək

Bu gün İstanbulda azərbaycanlı canlı konsert verəcək

Diaspor

30 Mart 2020, 17:55

Qlobal pandemiya ilə əlaqədar sosial izolyasiyada olan Azərbaycan diaspor nümayəndələrinin bir qismi virtual məkanda fəaliyyətini davam etdirir.

 

Modern.az xəbər verir ki, hazırda bir sıra musiqiçilər kimi xaricdəki azərbaycanlı mədəniyyət xadimləri də virtual konsert proqramları ilə çıxış etməyə başlayıb.


Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı pianoçu Turan Manafzadə bu gün – martın 30-da Bakı vaxtilə saat 21.00-da şəxsi İnstagram səhifəsində, saat 22.00-da isə Facebook səhifəsində canlı konsert proqramı ilə çıxış edəcək.


31 Mart Azərbaycanlıların Soyqırımı günü ərəfəsinə planlaşdırılan konsertdə Turan Manafzadə qardaşı Abuzər Manafzadənin “Xocalı” əsərini ifa etməklə bütün soyqırımları və müharibələrə qarşı etirazını ifadə edəcək.


Konserti Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Facebook səhifəsindən də izləyə bilərsiniz.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü