Modern.az

Beynəlxalq müşahidəçilər Qarabağdakı qondarma seçkilərə getməyəcək – Ermənilərin növbəti FİASKOSU

Beynəlxalq müşahidəçilər Qarabağdakı qondarma seçkilərə getməyəcək – Ermənilərin növbəti FİASKOSU

30 Mart 2020, 18:01

Azərbaycanın işğal altındakı Qarabağ torplaqlarında keçiriləcək “parlament və prezident” seçkilərinə beynəlxalq müşahidəçilər qatılmayacaq.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “seçki”ni izləməsi üçün dəvət alan əsasən Avropadan olan siyasi və ictimai şəxslər bir nəfər kimi işğal alıtndakı torpaqlara gəlməkdən imtina ediblər.

 

Qondarma rejimin “Mərkəzi Seçki Komissiyasının rəhbəri” Srbui Arzumanyan martın 31-də Dağlıq Qarabağda keçiriləcək seçkilərə 38 ölkədən 140 nümayəndə və 40 KİV nümayəndəsini dəvət etdiklərini bildirib. O, əcnəbi müşahidəçilərin yoxluğunu koronavirusla əlaqələndirməyə çalışıb.

 

“Dünyada koronavirus pandemiyasının yayılması və sərhədlərin bağlı qalması onlara “seçkilər”də iştirak etməyə imkan verməyib. Amma seçkiləri Ermənistandan da gəlməklə mindən çox müşahidəçi izləyəcək və bu seçkilərin legitimliyinə kölgə salmağa qoymayacaq”.

 

Beləliklə, əvvəlki illərdən fərqli olaraq, bu dəfə Azərbaycanın işğal altındakı torpaqlarında heç bir əcnəbi müşahidəçi olmayacaq. Bu isə özünü legitimləşdirməyə çalışan separatçı rejimin əksinə, tam beynəlxalq təcriddə qalmasının göstəricisidir.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı