Modern.az

Təhsil Nazirliyindən koronavirus dövründə mühüm addımlar

Təhsil Nazirliyindən koronavirus dövründə mühüm addımlar

30 Mart 2020, 18:57

Koronavirusa görə bütün təhsil müəssisələrində tətil elan edilsə də Təhsil Nazirliyi şagirdlərin dərsdən kənar qalmaması üçün bir sıra mühüm addımlar atır.

 

Orta məktəblər üçün Mədəniyyət və ARB Günəş kanalında hər gün teledərslər təşkil edilir.

 

Nəzərə alsaq ki, ali məktəblərdə də dərslərin onlayn keçirilməsinə ehtiyac var, bununla bağlı Təhsil Nazilriyinin hansı addımları atmağı nəzərdə tutduğu maraq doğurur?

 

Məsələ ilə bağlı Təhsil Nazirliyi Modern.az-ın sorğusunu cavablandırıb.

 

Nazirlikdən bildirilib ki, bununla bağlı tədrisdə yaranmış fasilə zamanı təlim-tədris prosesinin məsafədən təşkil edilməsi əsasən tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, müvafiq təhsil proqramının mənimsənilməsinə hərtərəfli şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunması məqsədilə həyata keçirilir.

 

“Tələbələr bu prosesə öz töhfələrini verməli və yaradılmış bu fürsətdən mümkün qədər yararlanmalıdırlar. Bununla yanaşı təlim-tədris prosesinin məsafədən təşkil olunması istiqamətində atılan hər bir addım (onlayn mühazirə və seminarların təşkili, məlumatların tələbələrə elektron resurslar vasitəsi ilə ötürülməsi və s.) tələbələrin həmin prosesdə könüllü surətdə iştirakını ehtiva etməli və onların bu məqsəd üçün tələb olunan informasiya texnologiyaları vasitələrinə çıxış imkanlarının olub-olmamasını (məsafədən təhsil üçün texniki alətlərin əlçatanlığını və əhatəliyini) nəzərə almalıdır”.

 

O da əlavə olunub ki, tədris prosesinin dayandırıldığı müddət ərzində tələbə və şagirdlərə təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb:

 

“Mart ayının 11-dən başlayaraq bütün orta məktəb şagirdləri üçün ölkə üzrə bütün siniflər və əksər fənlər üzrə vahid teledərslər təşkil edilmiş, bir sıra orta ümumtəhsil müəssisələrində dərslərin onlayn şəklidə təşkili başlamış və hazırda bu imkanların genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrinə də təlim-tədris prosesinin məsafədən təşkil olunması istiqamətində də öz tövsiyələrini verib və bu fəaliyyət hazırda bır sıra ali təhsil müəssisələrində müvafiq qaydada təşkil olunub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?