Modern.az

Nazir koronavirusa görə maliyyə yardımının şərtlərini AÇIQLADI

Nazir koronavirusa görə maliyyə yardımının şərtlərini AÇIQLADI

30 Mart 2020, 21:23

“Biz bu gün 9 proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik”.

Modern.az  xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Mikayıl Cabbarov  qeyd edib ki, bu proqramlar 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir:

“Ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərərçəkmiş, minimal və heç zərərçəkməmiş iqtisadiyyatın sahələri müəyyənləşdirilib. Birinci və əhatəli olan proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edən proqramdır. Proqramın əsas məntiqi fəlsəfəsi ondan ibarətdir ki, həmin subyektlərin işçilərinin əməkhaqlarının əhəmiyyətli hissəsini verilməsi üçün dövlət tərəfindən maddi yardım edilməsidir. Burada biz işçinin real maaşını və ya respublika üzrə orta aylıq əməkhaqqını götürürük. Bilirsiniz ki, yanvar ayının nəticələrinə görə, artıq orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Bu proqramın fəlsəfəsinə görə, aylıq əməkhaqqı fondunun 50%-nə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər