Modern.az

Mübariz Mənsimov  “ölüm aclığı”nı dayandırdı

Mübariz Mənsimov  “ölüm aclığı”nı dayandırdı

Hadisə

30 Mart 2020, 23:37

"Mübariz Mənsimov “ölüm aclığı”nı dayandırdı".

 

Modern.az-ın məlumatına görə, bunu iş adamının köməkçisi Fidan Quliyeva sosial şəbəkədəki hesabında bildirib.


"Övladlarımın və ailəmin yalnız qalmaması, məni sevən dostlarımı üzməmək və düşmənlərimin çörəyinə yağ çəkməmək üçün, başda ailəmin və dostlarımın ricası ilə bu gündən etibarən aclıq və ölüm orucunu dayandırdığımı bilmənizi istərdim",- deyə M.Mənsimov bəyan edib.

Qeyd edək ki, İstanbulun hüquq-mühafizə orqanları M.Mənsimovun evində 15 martda axtarış aparıblar və onun saxlanılmasına qərar veriblər. 17 martda isə İstanbul Məhkəməsi Mənsimovun istintaq müddətində həbsi ilə bağlı qərar verib. M.Mənsimov FETÖ ilə əlaqədə və bu terror qrupuna maliyyə dəstəyində suçlanır.


İttihamları qəbul etməyən iş adamı aclığa başlamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi